VOZOLİP GENERİKON 20 mq

12.41 AZN
Təsvir İstifadə qaydası Tərkibi
VOZOLİP GENERİKON 20 mq
İstifadəsinə göstərişlər:

-  Hiperxolesterinemiya.

-  Birincili hiperxolesterinemiya ;

-  Kombinəolunmuş hiperlipidemiya;

-  Homoziqot irsi hiperxolesterinemiyada digər hipolipidemik müalicələrə əlavə kimi və ya bu müalicəni aparmaq mümkün olmadıqda.

-  Ürək-damar xəstəliklərinin profilaktikası .

Əks göstərişlər:

-  Atorvastatinə və ya preparatın istənilən digər komponentinə qarşı yüksək həssaslıq;

-  Qaraciyərin aktiv xəstəlikləri və ya qan zərdabında transaminazaların fəallığının izah olunmayan davamlı artımı;

-  Hamiləlik və laktasiya dövrü;

-  18 yaşa kimi yaş dövrü.

İstifadə qaydası və dozası

Qəbuluna başlamazdan əvvəl xəstələrə standart xolesterinazaldıcı pəhriz məsləhət olunmalı və bu pəhriz müalicə müddətində davam

etdirilməlidir.Fərdi dozanın seçimi müvafiq olaraq ASLP-X-nin ilkin səviyyəsinə,terapiyanın məqsədinə və xəstənin reaksiyasına əsasən

aparılmalıdır.Qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında qəbul edilir.Gündə 1 dəfə olmaqla 10 mq-dan 80 mq-a kimi

dəyişir.Maksimal doza gündə bir dəfə 80 mq.

Birincili hiperxolesterinemiya  və qarışıq hiperlipidemiya başlanğıc doza gündə bir dəfə 10 mq təşkil edir.

Homoziqot irsi hiperxolesterinemiyada doza gündə 1 dəfə 10-80 mq təşkil edir.

Ürək-damar xəstəliklərinin profilaktikasında gündə 1 dəfə 10 mq təşkil edir.

Saxlanma şəraiti:Xüsusi saxlanma şəraiti tələb etmir,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Resept əsasında buraxılır

20 mq

Təsiredici maddə:hət örtüklü tabletin tərkibində 20 mq atorvastatinə ekvivalent olan 20,72 mq atorvastatin kalsium vardır.

Köməkçi maddələr:mannitol 60,mikrokristallik sellüloza,poliplasdon XL,susuz natrium karbonat,povidon L-metionin,maqnezium-stearat.

Örtük:ağ opadray 03F28446