TABEKS 1,5 mq

18.29 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TABEKS 1,5 mq

İstifadəsinə göstərişlər:Tabeks xronikinikotizm zamanı papirosçəkməni tərgitmək məqsədilə istifadə olunur.

Əks göstərişlər

-  Miokar infarktı;

-  Qeyri-stabil stenokardiya;

-  Ürək ritminin ağır pozğunluqları;

-  Yaxın zamanlarda keçirilmiş beyin-damar pozğunluğu;

-  Ağır ateroskleroz;

-  Hamiləlik və laktasiya dövrü;

-  Şizofreniyanın bəzi formaları;

-  Böyrəküstü vəzin xromaffin şişləri;

-  Qastroezofagial reflyükslu xəstələr.

İstifadə qaydası və dozası:ilk üç gün ərzində gündə 6 dəfə olmaqla hər dəfə 1 tablet qəbul edilir və paralel olaraq çəkilən papirrosların sayı azaldılır.Yaxşı effekt aldıqda müalicə aşağıdakı sxemə əsasən davam etdirilir.

4-12-ci günlər hər 2,5 saatdan bir 1 tablet (gündə 5 tablet);

13-16-cı günlər hər 3 saatdan bir 1 tablet(gündə 4 tablet);

17-20 –ci günlər hər 5 saatdan bir 1 tablet(gündə 3 tablet);

21-25-ci günlər gündə 1-2 tablet

Saxlanma şəraiti:25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   

Reseptsiz  buraxılır                                                                                                                                                                                                                                                                 İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.

 

Tərkibi
Təsiredici maddə:1 örtüklü tabletin tərkibində 1,5 mq sitizin alkaloidi vardır.
Köməkçi maddələr:süd şəkəri,mikrokristallik sellüloza,talk,maqnezium-stearat,opadray II .