SİPRİNOL – CİPRİNOL 500 mq

4.48 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SİPRİNOL – CİPRİNOL 500 mq
İstifadəsinə göstərişlər:

-  Tənəffüs yollarının infeksiyaları ;
-  Qulaq,boğaz,burun infeksiyaları ;
-  Böyrəklərin və sidik yollarının infeksiyaları ;
-  Cinsiyyət üzvlərinin infeksiyaları ;
-  Həzm sisteminin infeksiyaları ;
-  Dərinin ,selikli qişaların və yumşaq toxumaların infeksiyaları ;
-  Dayaq-hərəkət aparatının infeksiyaları .

Əks göstərişlər:

-  Tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq ;
-  Hamiləlik və laktasiya dövrü;
-  Uşaqlar və 18 yaşa qədər yeniyetmələr .

İstifadə qaydası və dozası:

dozası xəstəliyin ağırlığından ,infeksiyanın növündən ,yaşdan ,bədən çəkisindən  və böyrəklərin funksiyasından asılı olaraq təyin edilir.Tövsiyə edilən adi dozalar peroral qəbul üçün 250 mq və 500 mq tabletlər formasında qəbul edimləlidir.

Saxlanma şəraiti:

25°C-dən yüksək olmayan temperaturda,quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.   
Resept əsasında  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz
Təsiredici maddələr:hər tabletin tərkibində 500 mq siprofloksasinə ekvivalent ,miqdarda siproflaksasin hidroxlorid monohidrat vardır.

Köməkçi maddələr:mikrokristallik sellüloza,natrium-qlikolyat  nişastası ,povidon ,natrium ,kroskarmelloza, susuz kolloidal silisium 4-oksid ,maqnezium-stearat ,hidroksipropilmetilsellüloza propilenqlikol ,talk ,titan 4 –oksid .