KREON 1000

10.49 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KREON 1000
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :

Aşağıda göstərilmiş vəziyyətlərdə mədəaltı vəzinin ekzokrin funksiyasının çatışmazlığının əvəzedici müalicəsi :

-  Mukovissidoz :

-  Xroniki pankreatit :

-  Pankreatektomiya :

-  Qastroektomiya :

-  Mədəaltı vəzin xərçəngi :

-  Mədənin tam və ya hissəvi rezeksiyasından sonrakı vəziyyəti :

-  Pankreatik və ya ümumi öd axarının obstruksiyası :

-  Şvaxman – Daymond sindromu :

ƏKS GÖSTƏRİŞLƏR :

Preparatın təsiredici maddəsinə və ya hər hansı digər komponentə qarşı yüksək həssaslıq.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ :

Mədə vəzisinin fermentlərinin hamiləliyin gedişatına təsiri haqda kliniki tədqiqatlardan məlumatlar mövcud olmadığı üçün preparat hamilə

qadınlara ehtiyatla təyin olunmalıdır.

Heyvanlar üzərində aparılmış tədqiqatlar mədə altı vəzisinin fermentlərinin hamilə qadında sistem şəklində ekspozisiya olmamağını

göstərdiyi üçün , ana südü ilə qidalanan uşaqda hər hansı bir təsiri gözlənilmir.Buna görə süd vermə dövründə mədə altı vəzisinin fermentləri

qəbul oluna bilər.

Zəruri olan hallarda hamilə və süd verən qadınlar adekvat qidalanma statusunun təmin edilməsi üçün kifayət olan dozada Kreon istifadə edə

bilərlər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI :

Preparatın dozası xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq və pəhrizin tərkibində uyğun olaraq fərdi təyin olunur.Adekvat fərdi dozanın

təyin olunması üçün preparat üç dozada mövcuddur – Kreon 10000 , Kreon 25000.

Preparatı yemək zamanı və ya yeməkdən dərhal sonra qəbul etmək məsləhət görülür.

Kapsullar bütöv şəkildə , sındırmadan və çeynəmədən , kifayət qədər maye və yaxud yüngül qəlyanaltı ilə qəbul etmək lazımdır.

Əgər bütöv kapsulu udmaq mümkün deyilsə , onu açıb minimikrosferik qranulları yumşaq çeynəmə tələb etməyən , turş dadı olan qidaya

əlavə edib və ya turş dadlı maye ilə qəbul etmək olar.

ƏLAVƏ TƏSİRLƏR :

Kliniki tədqiqat zamanı 900 dən çox pasiyent Kreon qəbul edib.

Ən çox təsadüf olunan əlavə reaksiyalar əsasən yüngül və orta ağırlıq dərəcəli mədə - bağırsaq pozulmalarıdır.

Uşaqlar

Uşaqlarda spesifik arzuolunmaz reaksiyalar aşkar olunmayıb.Mukovissidozu olan uşaqlarda əlavə reaksiyaların baş vermə tezliyi , növü və

ağırlığı böyüklərdə olduğundan fərqlənmir.

DOZA HƏDDİNİN AŞILMASI :

Pankreatinin digər preparatlarının çox yüksək dozada qəbulu zamanı hiperurikemiya və hiperurikozuriya müşahidə olunub.
Təsiredici maddə : 1 kapsulda

Kreon 10000 : 10000 TV Avr.F lipazanın , 8000 TV Avr.F amizalanın və 600 TV Avr.F proteazanın fermentativ təsirinə müvafiq olan , 150 mq

pankeratin vardır.

Kreon 25000 : 25000 TV Avr.F lipazanın  , 18000 TV Avr.F amilazanın və 1000 TV Avr.F proteazanın fermentativ təsirinə müvafiq olan , 300 mq

pankeratin vardır.