PROKTOSEDİL (MƏLHƏM)

2.70 AZN
Təsvir İstifadə qaydası Tərkibi
PROKTOSEDİL (MƏLHƏM)
İstifadəsinə göstərişlər:

xarici və daxili babasil ;residivlərin profilaktikası ,perianal ekzema ,proktik,arxa keçəcəyin çatı ,babasilli xəstələrin əməliyyatdan əvvəl və sonra müalicəsi;doğuşdan sonra yaranan babasil.

Əks göstərişlər:

Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq .

İstifadə qaydası və dozası:

Məlhəmdən az miqdarda əl ilə qaşınma və ya ağrı nahiyyəsinə səhər və axşam,həmçinin hər defekasiya aktından sonra çəkilir.Düz bağırsaq daxilinə yeritmək üçün applikatordan istifadə edilir.Applikator düz bağırsağa yeridildikdən sonra tub sıxılır və tədricən applikator çıxarılır .Məlhəm tək halda və ya rektal kapsullar ilə kombinəedilmiş şəkildə istifadə oluna bilər .Proktosedil qısa müddət ərzində (7 gün ) istifadə edilir .

Saxlanma şəraiti:

25°C –dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 
Reseptsiz  buraxılır



 


Təsiredici maddə:1 q məlhəmin tərkibində 5,58 mq hidrokortizon asetat ,10 mq framisetin-sulfat ,100 BV heparinin natrium duzu ,10 mq eskulozid,10 mq etilaminobenzoat , 10 mq butilaminobenzoat vardır.

Köməkçi maddələr:xolesterol,duru parafin ,ağ yumşaq parafin ,polisorbat 80 ,propilenqlikol ,polietilenqlikol 400 ,polietilenqlikol 4000,polietilenqlikol 1540