NİTROQLİSERİN TABLETKA

0.90 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NİTROQLİSERİN TABLETKA
İstifadəsinə göstərişlər 

Stenokardiya (stenokardiya tutmalarını aradan qaldırmaq və qısa müddətli profilaktika üçün). 

Əks göstərişlər

   
Nitratlara qarşı yüksək həssaslıq, şok,kollaps,arterial hipotenziya(sistolik AT 100 mm c.süt-dan aşağı), sol mədəciyin aşağı dolma təzyiqi ilə kəskin miokard infarktı , hipertrofik obstruktiv kardiomiopatiya , yüksək kəllədaxili təzyiq(o cümlədən , hemorragik insult zamanı , başın yaxınlarda keçirilmiş travması ) , yüksək gözdaxili təzyiqlə bağlıbucaqlı qlaukoma , eyni zamanda sildenafillə və fosfodiesterazanın digər inhibatorları ilə istifadə , bradikardiya (50 zərbə/dəq-dən aşağı) , serebral işemiya , ürəyin tamponadası , hamiləlik. 

İstifadə qaydası və dozası

 
Böyüklərdə istifadə olunur.Preparatı ilk təyin edərkən , onun arterial təzyiqə təsirini öyrənmək lazımdır.Nitroqliserinin istifadəsinin effektliyinə nəzarəti ürək yığılmalarının tezliyinə və arterial təzyiqin səviyyəsinə əsasən həyata keçirmək lazımdır.  Stenokardiya  tutmasının ilk simptomları meydana çıxan kimi , dərhal istifadə etmək lazımdır.Ağrı baş verdiyi zaman dərhal bir tablet dilin altına qoymaq və udmadan ,tam sorulana qədər dilin altında saxlamaq lazımdır.Preparatın adi dozası – 1 tablet dil altına .3-5 dəqiqədən sonra antianginal təsir olmazsa, daha bir Nitroqliserin tableti istifadə etmək lazımdır.  2-3 tabletin qəbulundan sonra müalicəvi effekti olmazsa , həkim çağırmaq lazımdır.   

Doza həddinin aşılması

 
Simptomları: ortostatik disrequlyasiya ilə arterial təzyiqin azalması (90 mm c.süt.-dan aşağı) , başağrısı,güclü başgicəllənmə , bayılma,ürək döyüntülərinin sürətlənməsi,ürəkbulanma və qusma,təngnəfəslik , ifadəli zəiflik, bədən temperaturunun yüksəlməsi,arterial hipotenziya , istilik hissi və ya titrətmə , tər ifrazının yüksəlməsi.   Yüksək dozalarda istifadə zamanı (20 mkq/kq-dan çox) – kollaps,dodaqların dıraqların və ya ovucun sianozu, methemoqlobinemiya,dispnoe və taxipnoe.   
Müalicəsi: xəstəni üfiqi vəziyyətə gətirməli, ayaqlarını qaldırmalı , ağır hallarda plazmaəvəzedicilər, simpatomimetiklər , oksigen təyin edilir, methemoqlobinemiya zamanı-metilen göyü.   

Saxlanma şəraiti :

25° C-dən yüksək olmayan temperaturda ,orjinal qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.


Təsiredici maddə:1 tabletin tərkibində 0,5 mq nitroqliserinə nəzərən laktoza üzərində 2% nitroqliserin vardır. 

Köməkçi maddələr:laktoza monohidrat ,povidon 25 , mikrokristallik sellüloza, natrium kroskarmelloza , maqnezium stearat.