NO-ŞPA / NO-SPA 40 mq

4.30 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NO-ŞPA / NO-SPA 40 mq
İstifadəsinə göstərişlər:
-  Biliar traktın patologiyaları ilə əlaqədar saya əzələlərinin spazmı: xolesistolitiaz, xolangiolitiaz,  xolesistit, perixolesistit, xolangit, papillit;
-  Sidikçıxarıcı yoların spazmı: nefrolitiaz, uretrolitiaz , pielit, sistit, sidik kisəsində tenezmlər ;
-  Mədə -bağırsaq traktının saya əzələlərinin spazmı: mədə və oniki barmaq bağırsağın xora xəstəliyi, qastrit, mədənin kardial hissəsi və pilorun spazmı, enterit, kolit, qəbizliklə müşayiət olunan spastik kolit, selikli kolitin meteoristik formaları ;
-  Ginekologiyada: ağrılı aybaşılar zamanı.

Əks göstərişlər:
preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
adi gündəlik doza 120-240 mq başqa sözlə sutkada 3-6 tablet olub, 2-3 dəfəyə qəbul olunur. Böyüklər üçün birdəfəlik doza 40-80 mq-dır.
Uşaqlarda 80 mq sutkalıq doza, yəni gündə 2 tablet. Bu doza 2 dəfəyə qəbul edilməlidir.

6-12 yaş birdəfəlik doza 40 mq-dır. 

12 yaşdan böyük uşaqlar 160 mq gündə 4 tablet sutkalıq doza təşkil edir. Bu doza 2-4 dəfəyə qəbul edilməlidir. 12 yaşdan böyük uşaqlar üçün birdəfəlik doza 40-80 mq, yəni 1-2 tablet təşkil edir.

Təsiredici maddə: drotaverin hidroxlorid 40 mq

Köməkçi maddələr: maqnezium stearat ,talk,povidon,qarğıdalı nişastası,laktoza monohidrat.