ROTASEF 1,0 MQ

5.51 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ROTASEF 1,0 MQ
İstifadəsinə göstərişlər:

-  Yuxarı və aşağı tənəffüs yollarının xəstəlikləri ;
-  Qarın boşluğu orqanlarının infeksiyaları;
-  Sümüklərin və oynaqların infeksiyaları;
-  Dərinin və yumşaq toxumaların infeksiyaları;
-  Sidikqovucu yolların infeksiyaları;
-  Cinsi yolların infeksiyaları;
-  İnfeksiyalaşmış yaralar və yanıqlar ;
-  Meningial qişaların iltihabı ,sepsis ;
-  əməliyyatdan sonrakı infeksiyaların profilaktikası .

Əks göstərişlər:

-  tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq ;

İstifadə qaydası və dozası:

Əzələdaxilinə yeridilmə üçün 500 mq 2 ml 1%-li lidokain hidroxlorid məhlulunda həll edilir ,1 q 3,5 ml 1%-li lidokain hidroxlorid məhlulunda həll edilir.Sağrı əzələsinə dərinə yeridilir.1 q-dan artıq olmayaraq yeritmək tövsiyə olunur.
Hər yaş dövrünə və infeksiyaya uyğun olaraq doza təyin edilir.
Hazırlanmış məhlul 6 saat ərzində istifadə edilməlidir.

Saxlanma şəraiti:

15-25°C temperaturda,günəş şüalarının düşmədiyi və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
 Reseptlə  buraxılır

İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.
Təsiredici maddə:1 flakonda 1 q seftriakson vardır.

Həlledici :3,5 ml 1%-li lidokain hidroxlorid .