YODOMARİN –LODOMARİN 100

3.68 AZN
Təsvir İstifadə qaydası Tərkibi
YODOMARİN –LODOMARİN 100
İstifadəsinə göstərişlər
-  Qalxanabənzər vəzinin müalicəsi ;
-  Yod defisiti nəticəsində əmələ gələn xəstəliklər;
-  Urun müalicəsi ;   
Əks göstərişlər
-  Kalium yodidə və Yodomarin 200 preparatının istənilən komponentinə qarşı allergiya;
-  Qalxanabənzər vəzinin funksiyalarının kliniki təzahürlərlə müşayiət olunan əhəmiyyətli dərəcədə artması;
-  Qalxanabənzər vəzinin funksiyalarının kliniki təzahürlərlə müşayiət olunmayan gündə 150 mkq yoddan yüksək dozalarla gizli şəkildə artması;
-  Gündə 300-1000 mkq dozada yod qəbul edildikdə qalxanabənzər vəzinin xoşxassəli hormon əmələ gətirən şişlərinin,həmçinin nəzarət olunmayan hormon əmələ gətirən sahələrinin olması ; 
İstifadə qaydası və dozası
-  Zobun və yod defisitinin profilaktikası;yenidoğulmuşlar və uşaqlar:Gündə ½ tablet Yodomarin 200,100 mkq yoda müvafiq gəlir.
-  Yeniyetmələr və böyüklər:gündə ½ -1 tablet Yodomarin 200 ,100-200 mkq yoda müvafiq gəlir.
-  Hamiləlik və laktasiya:gündə 1 tablet 200 mkq yoda müvafiq gəlir.
-  Dərman müalicəsi başa çatdıqdan və ya yod defisiti nəticəsində əmələ gələn zob səbəbindən həyata keçirilən əməliyyatından sonra qalxanabənzər vəzinin təkrar böyüməsinin profilaktikası:gündə 1 dəfə ½ -1 tablet 100-200 mkq yoda müvafiq gəlir.
-  Yod defisiti nəticəsində əmələ gələn zobun müalicəsi:yenidoğulmuşlar,uşaqlar və yeniyetmələr:gündə 1 dəfə ½ -1 tablet 100-200 mkq yoda müvafiq gəlir.
-  Gənc yaşlarda olan böyüklər:gündə 1 dəfə 1 ½ -2 ½  tablet 300-500 mkq yoda müvafiq gəlir.  Yeməkdən sonra kifayət qədər su ilə qəbul edilməlidir. Müalicə müddəti həkimin məsləhətinə əsasən bəzən bütün ömür boyu ,bəzən isə 2-4 həftə çəkir . 
Saxlanma şəraiti:25°C-dən aşağı temperaturda ,qaranlıq ,quru yerdə və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İçlik vərəqindən daha ətraflı məlumat əldə edə bilərsiniz.


 

Tərkibi:
Təsiredici maddə:1 tabletin tərkibində  131 mkq kalium yodid vardır ki,buda 100 mkq yoda müvafiqdir .
Köməkçi maddələr:laktoza monohidrat,əsası yüngül maqnezium karbonat ,jelatin ,karboksimetilnişastanın natrium duzu ,susuz kolloidal silisium 4-oksid ,maqnezium stearat .