QIRĞBUĞUM

0.40 AZN
Təsvir İstifadə qaydası Tərkibi
QIRĞBUĞUM
Farmakoloji təsiri:

Qırxbuğum otunun sulu çıxarışları büzücü, antitoksik və sidikqovucu təsir edir. Uşaqlıq əzələsinin yığılmasını gücləndirir, qanın laxtalanmasını sürətləndirir, həzmi yaxşılaşdırır.

İstifadəsinə göstəriş:

Qırxbuğum otu böyrək  və sidik yollarının xroniki xəstəliklərində,böyrəkdaşı xəstəliyinin ilkin dövrlərində, sidikturşulu diatezdə,qastroenteritlərdə, ishalda, mübadilənin toksiki məhsullarının orqanizmdə yığılması, eləcə də bağırsaq, uşaqlıq və hemorroidal qanaxmalarda tətbiq olunur.

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1\2 stəkan) qaynar su tökülür, 15 dəq. su hamamında dəmlənir, 45 dəq.soyudulur, süzülür. Gündə 3-4 dəfə hər dəfə 1-2 xörək qaşığı yeməkdən əvvəl qəbuledilir.


Qırxbuğum