TOZAĞACI TUMURCUĞU

2.90 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TOZAĞACI TUMURCUĞU
Farmakoloji təsiri:

Ödqovucu, sidikqovucu,dezinfeksiyaedici və zəif bəlğəmgətirici.

İstifadəsinə göstəriş:

Tozağacı tumurcuğu böyrək və ürək mənşəli ödemli xəstələrə, eləcə də hepatitlər,xolesistitlər, öd kisəsinin diskenziyası, bronxitlər zamanı daxilə, kiçik kəsiklər zamanı, yumuşaq toxumaların travmaları, irinli yaralar, yataq yaraları, trofik xoralarda və ekzemada islatma və vanna şəklində təyin olunur.

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 200ml (1stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur,süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1\3-1\4 stəkan yeməkdən 15 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.

DİQQƏT..Böyrəyin funksional çatışmazlığı zamanı peraparat ehtiyatla istifadə olunmalıdır. Hər hansı şikayət əmələ  gəldikdə preparatın qəbulu dayandırılırmalıdır.Dəmləməni sərin yerdə 2 günə qədər saxlamaq olar.


Tozağacı tumurcuğu