BiOTRiVEN

19.18 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BiOTRiVEN
İstifadəsinə göstərişlər:
Hiperfibrinoliz fonunda qanaxmalar

Əks göstərişləri:
Aprotininə qarşı yüksək hiperhəssaslıq, disseminəolunmuş damardaxili laxtalanma (defibrinasiya sindromu), hamiləliyin 1-ci trimestri.

Preparatın təyin olunumasından əvvəlki 12 ay müddətində aprotinin yeridilmiş pasiyentlərə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləliyin 1-ci trimestrində istifadəsi əks göstərişlərdir.

Hamiləliyin 2-ci və 3-cü trimestrində istifadəsi yalnız o halda mümkündür ki preparatın ana üçün gözlənilən müsbət təsir dölə olan potensial riskində üstün olsun.

Uşaqlarda:
Preparatın 6 yaşa qədər uşaqlarda istifadəsi haqqında kifayət qədər təcrübə yoxdur.

İstifadə qaydası və dozası:
Biotriven 300-500 ml 0.9 % NaCl məhlulu ilə qarışdırılaraq, venadaxili şırnaqla (yavaş-yavaş bir dəqiqədə 5 ml-dən çox olmamaq şərtilə) və ya infuziya şəklində yeridilir.

Preparat yeridilərkən xəstə uzanmış vəziyyətdə olmalıdır.

Hiperhəssaslığın olub-olmamasının yoxlanılması məqsədilə test doza ( 1 ml- aprotinin 10000 BV), preparata vurulmazdan 10 dəqiqə əvvəl yeridilir. Test dozaya qarşı allergik reaksiya müşahidə edildiyi halda preparatı istifadə etmək olmaz.

Preparatın venadaxili və ya infuziya şəklində yeridilməsi zamanı hiperhəssaslıq meydana çıxarsa, preparatın istifadəsi dərhal dayandırılmalıdır.

Qanaxmalar zamanı:
15 yaşdan yuxarı uşaqlar və böyüklərdə başlanğıc doza 500 000 Bv ( 50 ml preparat) olmaqla venadaxili (yavaş-yavaş bir dəqiqədə 5ml-dən çox olmamaq şərtilə) yerdilir.

Preparatın qanda yaranmış konsentrasiyasını saxlamaq məqsədilə preparatı hər 4 saatdan bir 200 000 BV damcı üsulu ilə infuziya formasında yeridilməlidir. 6 yaşdan 15 yaşa qədər uşaqlarda sutkalıq doza hər kq çəkisinə görə 20 000 BV təşkil edir.

Yaşlı xəstələr üçün dozanın korreksiyasına ehtiyac yoxdur. Ampula açıldıqdan sonra dərhal istifadə olunmalıdır. Bulanıq məhlulu istifadə etmək olmaz.

Təsiredici maddə; 1ml preparatda 10.000 BV aprotinin vardır.<o:p></o:p>

Köməkçi maddələr; inyeksiya üçün, su natrium xlorid.<o:p></o:p>