FİTOTON (RƏNGSİZ XINA)

3.40 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FİTOTON (RƏNGSİZ XINA)

İstifadə qaydası: 5 gündən bir 25-50 qr (uzunluqdan asılı olaraq) Fitoton 1 rəngsiz xına qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir saçlara çəkilir və 1-1,5 saatdan sonra bitki tərkibli şampun ilə yuyulur. Təmiz saçlara istifadə edilməlidir. Mütəmadi istifadə olunabilər.

Buraxılış forması: Qutuda 3 ədəd 50 qramlıq kip bağlanmış (vakuum) xına (1 aylıq norma).

Kassiya yarpağı-antraqlikozidlər 1% (qlikoaloe-emodin, qlikorein və rein qlikozidlər), flavonoidlər – izoramnetin, kempferol, qətran maddələri. Baş dərisinə seboreya əleyhinə təsir göstərir. Saç dibindəki civzə və səpgiləri aradan götürür.

Xına yarpağı- hemmotanin turşusu, təbii rəngləndiricilər (alxanin, lavzon), selik, pectin maddələr, efirli maddələr. Saç tökülməsinin qarşısını alır, tük soğanağının dibini bərkidir. Saçın parlaqlığını artırı.

Gicitkən yarpağı- C vitamin 0.6%, karotinoidlər, K vəB1, B2 vitaminləri, qarışqa, pantoten turşuları, xlorofil 5%,  aşı maddələr və.s. Kəpək əleyhinə və keçəliyin müalicəsində istifadə olunur. Saçların mineral və vitaminlərə olan təlabatını ödəyir. Saçın codluğunu götürür və saçları yumuşaldır.

Dəvədabanı yarpağı- selik maddələri 8%, acı qlikozidlər, saponinlər, karotinoidlər, üzvi turşular, inulin və.s.  Göbələk əleyhinə təsir edir və saç follikulu hüceyrələrində okdidləşmə-redukasiya proseslərini sürətləndiri. Saçın pozulmuş sturukturunu bərpa edir.

İstiotlu nanə yarpağı- efir yağları menton, mentol aşı maddələri, flavonoidlər, mikroelementlər və.s Saçları yumuşaldır, parlaqlıq və inanılmaz ətir bəxş edir.  Kəpəyi təmizləyir baqş dərisini sakitləşdirir və təravətləndirir.

Aptek çoban yastığı- efir yağı 0.5 %, xamazulen, farnezen, bisabalol seskviterpenləri, mirsen, nonil və izovalerinan turşuları, flavonoidlərdən apigenin, kosmosiin və.s. Baş Dərisinin qıcıqlanmasını, azaldır nəfəs almasınıvə qan dövranını yaxşılaşdırır.

 At pıtrağı kökü- inulin 45 %, protein12 %, aşı maddələri 4 %, fenol turşusu, stiqmasterin, kalium, kalsium, və maqnezium duzları, ali yağ turşuları. Soğanağın qidalanmasını artırır bununla da saçların qalınlaşmasına səbəb olur. Saç yatağını dərinləşdirir.