FLUSİNAR MƏLHƏM

4.48 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FLUSİNAR MƏLHƏM
İsitfadəsinə göstərişlər:

Flusinar məlhəm şəklində, qlükokortikosteroidlərlə müalicəyə cavab verən və davamlı qaşınma və ya hiperkeratoz ilə müşayiət olunan, kəskin və ağrı, infeksiyalaşmamış quru dermatitlərin qisamüddətli müalicəsi üçün istifadə olunur. Flusinar seboreyalı dermatit, atopik dermatit ,urtikar dəmrov, allergik kontak ekzema, polimorf eritema, qırmızı qurdeşənəyi, bədənin tüklü hissəsinin dərisinin psoriazı, vaxtında müalicə edilməmiş psoriaz, yastı dəmrov zamanı göstərişdir.

Əks göstərişləri:

Flusinar məlhəm dərman vasitəsini dərinin bakterial, virus və göbələk infeksiyalarında, adi və çəhrayı civzələr, perooral dermatit (dermatitis perioralis) zamanı, profilaktikası peyvəndlərdən sonra, həmçinin fluosinolonb asetonidə qarşı və ya digər qlükokrtikosteroidlər və əsas komponenetlərə qarşı təsdiq olunmuş yüksək həssaslıq olduğu zaman istifadə etmək olmaz.

İstifadə qaydası və dozası:

Zədələnmiş dəri sagəsinə az miqdarda məlhəm, gündə 1-2 dəfədən çox olmayaraq sürtülür. Məlhəmi okklüzion sarğı altına tətbiq etmək olmaz (sıxıcı klyonka ilə). Psoriaz istisnalıq təşkil edir, bu zaman hər gün dəyişdirilməsi tələb olunan belə sarğılardan istifadə olunması  yolveriləndir.
Fasiləsiz müalicə kursu 2 həftədən çox olmamalıdır. Üzün dərisinə məlhəmi 1 həftədən artıq istifadə etmək olmaz. Müalicənin bir həftəsi 1 tub məlhəmdən istifadə  etmək olmaz.

2 yaşdan yuxarı uşaqlarda  məlhəmi ehtiyatla yalnız həkim göstərişi üzrə istifadə etmək lazımdır; dərman vasitəsini üzün dərisinə istifadə etmək olmaz.


Təsiredici maddə: 1 q məlhəmintərkibində 0,25 mq fluosinolon asetonid vardır.

Köməkçi maddələr:propilenqlikol, limon turşusu, susuz lanolin, ağ vazelin.