KLOVEYT KREM

4.86 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KLOVEYT KREM
İstifadəsinə göstərişlər:

-Psoriaz (daha geniş sahəli psoriazlar istisna olmaqla)
-Ekzema (müxtəlif formaları)
-Çəhrayi yastı civzələr
-Diskoid qırmızı qurdeşənəyi
-Dəri xəstəlikləri, qlükokortikosterioidlərin yerli istifadəsi zamanı təyin olunmuş müalicələrin effekti daha az olduqda.

Əks göstərişləri:

-Çəhrayi səpgilər
-Vulqar səpgilər
-Dəri xərçəngi
-Qaydın düyünlü qoturluğu
-Ağızətrafı dərinin iltihabı (perioral dermatit)
-Anal  ve genital qaşınma
-Dərinin bakterial, virus və göbələk xəstəlikləri ( o cümlədən, sadə herpes, su çiçəyi, dərinin tuberkulozu, aktinomikoz)
-Yayılmış psoriazlar
- 1 yaşa qədər uşaqlara
-Laktasiya dövrü
-Hamiləlik zamanı

İstifadə qaydası və dozası:

Yerli istifadə. Adətən məlhəm dərinin zədələnmiş sahəsinə gündə 1-2 dəfə nazik qatla yaxılır və yüngül masaj vasitəsilə dəriyə yeridilir. Müalicə zamanı preparratadan davamlı olaraq istifadə 3-4 həftədən çox olmamalıdır. Daha kəskin hallarda xüsusilə də hiperkeratoz zamanı KLOVEYT məlhəmin iltihabəleyhinə təsirini artırmaq üçün təyin olunmuş sahənin üzəri polietilıen pylonkadan hazırlanmış sarğı ilə örtülür və bu da adətən müsbət effekt yaradır. Okklyüziv sarğı altında təyin zamanı dərinin təmizlənməsi tələb olunur. Effekt meydana çıxdıqdan sonra okklyüziv sarğı olmadan müalicə davam etdirliə bilər.

Təsiredici maddə: 1 q kremin tərkibində 0,5 mq klobetazol(klobetazol-propionat şəklində) vardır.

Köməkçi maddələr:propilenqlikol, dinatrium edetat, xlorkrezol, duru parafin, ağ vazelin,qliserolmonostearat 40-55, setostearil spirti (setil spirti 60 %, stearilspirti 40 %), polisorbat 40, triqliseridlər, orta zəncirli triqliseridlər,kolloidal silisium dioksid, natrium-sitrat, limon turşusu, təmizlənmiş su.