LORİNDEN C

5.66 AZN
Təsvir İstifadə qaydası Tərkibi
LORİNDEN C
İstifadəsinə göstərişlər:

Dəri örtüklərinin kəskin iltihab reaksiyalı ilə dərinin bakterial infeksiyalarının və ya allergik xəstəliklərinin irinli ağrılaşmaları
-Allergik dermatit
-Kontakt dermatit
-Peşə dermatit
-Seboreyalı dermatit
-Günəş şüalarının təsirindən meydana çıxan dermatit
-Atopik dermatit
-Qoturluq
-Ekzema
-Müxtəlif formalı ekssudativ ertema
-Psoriaz
-Qırmızı yastı dəmrov

Əks göstərişləri:

-Preparatın komponenetlərinə qarşı yüksək həssaslıq
-Dərinin aktiv virus infeksiyaları (herpes, suçiçəyi, kəmərləyici dəmrov)
-dəri vərəmi
-Vulqar və çəhrayı civzələr
-Venaların varikoz genişlənməsi fonunda baldırda xoralar
-Dəri infeksiyaları
-10 yaşa qədər uşaqlarda.

İstifadə qaydası və dozası:

Yerli istifadə olunur.
Məlhəm təyin olunmuş sahəyə nazik təbəqə şəklində tətbiq olunur. Müalicənin ilkin dövründə terapevtik doza gündə 2-3 dəfə daha yüngül formada isə gündə 1-2 dəfə olmaqla təyin olunur. Preparat 2 həfdtədən çox istifadə edilməməlidir. Əgər sarğı qoyulmasına ehtiyac yaranarsa bu zaman hava keçirən sarğı istifadə olunmalıdır. Lixenizasiyanın ( dəmrovlaşma) və hiperkeratozun daha kəskin formalarında məlhəm okklüziv sarğı altında 24-48 saatdan bir dəyişdirməklə istifadə olunur. Belə halda 1 həftədən artıq müddətdə istifadə olunmamalıdır. Əgər zəruri deyilsə gün ərzində istifadə olunmuş doza 2 q-dan çox olmamalıdır. 10 yaşından böyük uşaqlarda preparat yalnız istisna hallarda dərinin məhdud sahələrinə və məlhəmin üz dərisi ilə təmasına imkan verməmək şərti ilə istifadə oluna bilər.

Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,2 mq Flumetazon-pivalat, 30 mq Klioxinol vardır

Köməkçi maddələr: ağ mum, ağ vazelin