UTROGESTAN (100 MQ)

12.59 AZN
Təsvir İstifadə qaydası Tərkibi
UTROGESTAN (100 MQ)
İstifadəsinə göstərişlər:

Progesteron çatışmazlığı vəziyyətləri

Peroral qəbulu ;

Öz-özünə düşük təhlükəsinin və ya lütein çatışmazlığı nəticəsində yaranan adəti düşüyün qarşısının almaq məqsədilə.

Vaxtından əvvəl doğuş təhlükəsi.

Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq.

Menstruasiyaönü sindrom.

Ovulyasiya pozğunluğu və ya anovulyasiya nəticəsində menstrual siklin pozulması.

Fibroz-kistoz mastoptiya.

Premenopauza

Peri-və postmenopauzanın əvəzedici hormonoterapiyası (estrogen preparatları ilə birlikdə);

Vagianl yeridilmə yolu;

Yumurtalıqların fəaliyyət göstərməməsi (olmaması) zamanı (yumurtahüceyrələrin donorluğu) progesteronun çatışmazlıq hallarda əvəzedici hormonoterapiya;

Ekstrakorporal mayalanmaya hazırlıq zamanı lütein fazanın dəstəklənməsi;

Spontan və ya indukasiya edilmiş menstrual sikl zamanı lütein fazanın dəstəklənməsi;

Vaxtından əvvəl baş verən menopauza;

Əvəzedici hormonoterapiya (estrogen preparatları ilə birlikdə);

Lütein çatışmazlığı nəticəsində yaranan sonsuzluq.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq trombozlara meyillik flebitin və ya tromboembolik xəstəliklərin kəskin formaları uşaqlıq yolundan naməlum etiologiyalı qanaxmalar natamam abortlar porfriya.

Süd vəzilərinin və cinsiyyət orqanlarının aşkar edilmiş və ya ehtimal olunan bədxassəli törəmələri.

Qaraciyər funksiyalarının aşkar pozğunluqları zamanı peroral yeridilmə yoluş.

İstifadə qaydası və dozası:

Müalicənin davametmə müddəti xəstəliyin xarakterindən və ağırlıq dərəcəsindən asılıdır.

Peroral yeridilmə yolu;

Preparat daxilə su ilə qəbul edilir.

Əksər hallarda progesteron çatışmazlığı zamanı Utrojestan gündəlik 2 qəbula bölünmüş (səhər və axşam) sutkada 200-300 mq dozada təyin edilir.

Öz-özünə düşük təhlükəsi və ya adəti düşüyün profilaktikası üçün sutkada 200-600 mq

Vaxtından əvvəl doğuş zamanı kəskin fazada əldə edilən klinik nəticələrində asılı olaraq hər 6-8 saatdan bir 400 mq prosgesteron sonra hamiləliyin 36-cı həftəsinə qədər gündəlik 3 qəbula bölünmüş 600 mq dozadaş

Vaginal yeridilmə yolu;

Yumurtalıqları fəaliyyət göstərməyən (olmayan) qadınlarda (yumurtahüceyrələrin donorluğu) progesteronun tamamilə olmaması estrogenlə terapiya fonunda gündə 200 mq olmaqla siklin 13 və 14-cü günləri sonra 100 mq-dan gündə 2 dəfə olmaqla siklin 15-ci günündən 25-ci gününədək qəbul edilir hamiləlik müəyyən edildikdə 26-cı gündən başlayaraq hər həftə gündəlik doza 100 mq artırılır və gündəlik 3 qəbula bölünmüş maksimum sutkada 600 mq dozaya çatdırılır.

Bu dozalanma ilə 60 gün ərzində qəbul edilə bilər.

Ekstrakorporal mayalanma siklinin həyata keçirilməsi zamanı lütein fazanın dəstəklənməsi xorionik qonadotropin inyeksiyası təyin olunduğu gündən etibarən gündə 200-600 mq olmaqla hamiləliyin 1-ci və 2-ci trimestri ərzində qəbul etmək tövsiyə edilir.

Təsiredici maddə: 1kapsulada 100 mq və ya 200 mq təbii mikronizəolunmuş progesteron vardır.

Köməkçi maddə: günəbaxanyağı, soya, lesitini, jelatin, qliserin, titan 4-oksid.