KLAFORAN

5.06 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KLAFORAN
İstifadəsinə göstərişlər:
Sefotaksim dərman vasitəsinə həssas mikroorqanizmlərin törətdiyi infeksiyaların müalicəsi üçün təyin edilir.

-Tənəffüs yolları infeksiyaları;
-Sidik-cinsiyyət yolları infeksiyaları;
-Septisemiya, bakteriemiya;
-Endokarditlər;
-İntraabdominol infeksiyalar;
-Meningit və digər MSS  infeksiyaları;
-Dəri və yumşaq toxumaların infeksiyaları;
-Sümük və oynaqların infeksiyaları;
Mədə-bağırsaq traktı, uroloji və mamalıq-ginekoloji cərrahiyyə əməliyyatlarından sonra infeksiyaların profilaktikası.

Əks göstətrişləri:
Sefalosporinlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Sefotaksim əzələdaxili və ya venadaxili yeridilir.
Böyrək funksiyası normal olan böyüklərdə dozalanma:
Ağırlaşmamış süzənəkdə birdəfəlik doza 0,5-1 q təşkil edir və ə\d birdəfəlik yeridilir.

Orta dərəcəli ağırlaşmamış infeksiyalarda seftokasim birdəfəlik 1-2 q ə\d və ya v\d yeridilir, 8-12 saatdan bir, beləliklə gündəlik doza 2 q-dan 6q-a qədər dəyişir.

Ağır infeksiyalar zamanı birdəfəlik doza 12 q təşkil edir və v\d 6-8 saatdan bir yeridilir, beləliklə gündəlik doza 6-dan 8 q-a qədər dəyişir.
İnfeksiya kifayət qədər həssas olmayan ştammlar tərəfindən törəndikdə, antibiotik həssaslığın təyin edilməsi testi sefotaksimin effektivliyin təsdiq edən yeganə vasitədir.


Bir flakonda 1 q steril sefotakdim tozu var, bu 1,048 qsefotaksim-natrium duzuna müvafiqdir.