NEYROMAKS

13.39 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NEYROMAKS
İstifadəsinə göstərişlər:

Müxtəlif mənşəli nevroloji xəstəliklər nefritlər, nevralgiya, polinefropatiyalar, mialgiya, sinir kökləri sindromu, retrobulbar nefrit, kəmərləyici dəmrov, üz sinirinin iflici.

Əks göstərişləri:
Ürək keçiriçiliyinin kəskin pozulması.

İstifadə qaydası və dozası:

Ağır hallarda və kəskin ağrılarda preparatın qanda səviyyəsini tez artırmaq üçün sutkada 1 dəfə əzələdaxili 2 ml məhlul təyin edirlər.

İnyeksiya üçün məhlulu əzələyə dərin yeridirlər.

Daha sonra müalicənin davam etdirmək üçün həftədə 2-3 dəfə 2 ml 1 inyeksiya təyin edirlər.

Müalicənin kursu 1 aydan az olmayaraq davam edir.

Daha sonrakı müalicədə və daha az ağır hallarda inyeksiyalar arası vaxtda preparatı digər dərman formasında qəbul edirlər.

Təsiredici maddə: 1 ml preparatın tərkibində 50 mq piridoksin hidroxlorid, 50 mq tiamin hidroxlorid,0.5 mq siankobalamin vardır.

Köməkçi maddə: lidokain hidroxlorid, kalium heksasianoferat, natrium polifosfat, benzil spirti, natrium-hidroksid, inyeksiya üçün su.