SEMİLAKT-SEMİLACT

8.20 AZN
Təsvir İstifadə qaydası Tərkibi
SEMİLAKT-SEMİLACT
Göstərişlər:
-Ürək çatışmazlığı;
-Hiperaldosteronzim nəticəsində elektrolit mübadiləsinin pozulması zamanı assit və ödemlər;
-Qaraciyər sirrozu zamanı assit;
-Arterial hipertenziya.

Əks göstərişlər:
-Kəskin böyrək çatışmazlığı, anuriya;
-Qaraciyər funksiyalarının nəzərə çarpan pozuntuları;
-Korreksiyası mümkün olmayan elektrolit mübadiləsinin pozuntuları.

İstifadə qaydası və dozası:
Semilakt preparatını çeynəmədən, yemək zamanı kifayət qədər su içməklə tam şəkildə daxilə qəbul edirlər. Dozalanma rejmi xəstəliyin nozoloji formasından və su elektrolit mübadilənin pozulmasının nəzərə çarpma dərəcəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur. Müalicənin ilk 3-6 günündə preparatı hər gün orta sutkaqlıq doza 4 tabletə qədər təyin edirlər. Dəstəkləyici doza sutkada 3 dəfə 1 tablet təşkil edir. Klinik effektin nəzərə çarpma dərəcəsindən asılı olaraq bu dozanı hər gün və ya bir gündən bir və ya 2 gündən bir təyin edirlər.

Təsiredici maddə:spironolakton 50 mq və 100 mq, furisemid 20 mq.

Köməkçi maddə: laktozamonohidrat, mikrokristallik sellüloza, povidon K25, natrium kraxmalqlikolyat,natrium laurilasulfat, maqnezium stearat.