DİSİNON

17.28 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DİSİNON
Göstərişlər:

Cərrahiyə-bütün mürkkəb cərrahi əməliyyatlar və ya yaxşı vaskulyarzasiya olunmuş toxumalar üzərində əməliyyatkar zamanı əməliyyatdan öncə, intra, və ya sonrakı kapillyar qanaxmaların profilaktikası.

Otolarinqologiiyada, mamalıq və ginekologiyada, urologiyada, stomatologiyada, oftamologiyada və ya plastik bərpaedici cərrahiyyədə.

Terapiyada-müxtəlif mənşəli və lokalizasiyalı kapillyarmqanaxmaların müalicə və profilaktikası.

Hematuriya, qanlı qusma, melena, burun qanaxmaları diş ətindən qanaxmalar.

Ginekologiyada-metrragiya,ilkin menorragiya və ya üzvi patologiya olmadığı hallarda uşaqlıqdaxili kontraseptiv vasitələrlə törədilmiş menorragiya.

Əks göstərişlər:

Preparatın təsiredici və köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Böyüklər və yeniyetmələr;

Əməliyyatdan əvvəl-cərrahi müdaxilədən 1 saat əvvəl 1-2 tablet disinon 250 mq

Əməliyyatdan sonra 1-2 tablet disinon 250 mq, qanaxmaların riski saxlanarsa, hər 4-6 saardan bir tabetin qəbulu davam etdirilir.

Terapiyada-adətən 2 tablet disinon 250 mq sutkada 2-3 dəfə yemək vaxtı bir qədər maye ilə qəbul edilir.

Meno-metrragiya zamanı ginekologiyada-2 tableet disinon 250 mq sutkada 3 dəfə yemək vaxtı bir qədər maye ilə qəbul edilir.

Müalicə menstruasiya qanaxmalarının ehtimalı vaxtından 5 gün əvvəl başlanıb 10 gün ərzində davam etdirilir.

Uşaqlar;

Böyüklər üçün nəzərdə tutulur dozaların yarısı.

Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələr-Böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə klinik tədqiqatlar aparılmayıb.

Buna görə belə xəstələrə disinon 250 mq tabletləri təyin etdikdə ehtiyatlı olmaq lazımdır.

Təsiredici maddə: hər bir tabletin tərkibində 250 mq etamilat vardır.

Köməkçi maddə: susuz lumu turşusu, qarğıdalı nişastası, laktoza monohidrat, povidon, maqnezium-stearat.