ZOKARDİS-ZOCARDIS

15.60 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ZOKARDİS-ZOCARDIS
Göstərişlər:
-Yüksək arterial təzyiqin müalicəsi
-Ürək çatışmazlığı əlamətləri ilə birlikdə və ya bu əlamətlərsiz gedən ürək tutmalarının  müalicəsi.
-Qan laxtalarının həll olmasına şərait yaradan dərman preparatları qəbul etməyən xəstələrin müalicəsi.

Əks göstərişlər:
Preparatın hər hansı inqrediyentinə qarşı allergiya.

İstifadə qaydası və dozası:
-Müalicənin birinci və ikinci günləri-gündə 2 dəfə 7,5 mq
-Müalicənin üçüncü və dördüncü günləri-gündə 2 dəfə 15 mq
-5-ci gündən başlayaraq və sonralar dozanı gündə 2 dəfə 30 mq-a qədər artırmaq lazımdır.
-Müalicə həkimi dozanı dəyişə bilər və ya qan təzyiqindən asılı olaraq maksimal doza təyin edə bilər.
-Müalicəni 6 həftə ərzində və ya ürək çatışmazlığı simptomları saxladıqda daha uzun müddət aparmaq lazımdır.
 

Təsiredici madə: 1 tabletin tərkibində 30 mq kalsium-zofenopril vardır.
Köməkçi maddə: mikrokristallik sellüloza, laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium-stearat, susuz kolloidal silisium 4-oksid, hipromelloza, titan 4-oksid, makroqol 400 və makroqol 6000.