AMBROKSOL SOFARMA

3.62 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AMBROKSOL SOFARMA
Göstərişlər:
Tənəffüs yollarında qatı bəlğəmin əmələ gəlməsi ilə təzahür edən tənəffüs sisteminin kəskin və xroniki xəstəliklərində bəlğəmin xaric olmasını asanlaşdırmaq və öskürməni yüngülləşdirmək məqsədilə istifadə edilir.

Əks göstərişlər:
Şərbətin təsiredici maddəsinə və ya köməkçi maddlərindən hər hansı birinə qarşı allergiya.

İstifadə qaydası və dozası:
Həmişə Ambroksol sofarma preparatını həkiminizin təyinatına dəqiq şəkildə əməl etməklə qəbul edin, nəyəsə əmin olmadıqda, həkiminizdən soruşun.

Şərbət yemək vaxtdı daxil əqəbul edilir. Adi doza:

Böyüklər və 12 yaşdan böyük uşaqlar-birinci 2-3 gün gündə 3 dəfə 10 ml, sonradan dozanı azaltmaq olar gündə 2 dəfə 10 ml.

Uşaqlar-6 yaşdan 12 yaşa qədər gündə 2-3 dəfə 5 ml.
2 yaşdan 6 yaşa qədər gündə 3 dəfə 2,5 ml

Yaşlı pasiyentlər-yasşlı pasiyentlərdə doza böyüklər üçün dozadan fərqlənmir.

Qaraciyər və böyrək xəstəlikləri olan pasiyentlər-bu kateqoriyadan olan pasiyentlərdə böyüklər üçün tövsiyə olunan dozanın 1/2 -i istifadə edilir.

Həkimin məsləhəti olmadan dərman preparatını 5 gündən artıq istifadə etməyin.

Təsiredici maddə: 5 ml şərbətin tərkibində 15 mq ambrokosol hidroxlorid vardır.

Köməkçi maddə: sorbitol, metil parahidroksibenzoat, propilparahdroksi-benzoat, qliserol, propilenqlikol, saxarin natrium, limon turşusu monohidrat, MORUQ duru essensoyası, təmizlənmiş su