NİKORETTE

12.55 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NİKORETTE
Göstərişlər:
Aşağıda göstərilən hallarda nikotinə tələbatın azalması yolu ilə tütün asılılığının müalicəsi. Siqaretlərdən əl çəkməyə qərar vermiş xəstələrdə siqaret çəkməkdən tam imtina edildiyi zaman əmələ gələn ləğvetmə simptomlarının azaldılması üçün.
Siqaret çəkməkdən müvəqqəti imtina edilən zaman
Siqaret çəkməkdən tam imtina edə bilməyən və ya bunu istməyən insanlarda çəkilən siqaretlərin sayının azaldılması üçün.

Əks göstərişlər:
Digər komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:
Siqaret çəkmənin intensivliyindən asılı olaraq doza fərdi seçilir.
Nikorette 2 mq-lıq çeynənən rezinlər xəstə gündə 20 siqaretdən az çekərsə və ya ilk siqareti oynadıqdan 30 dəqiqə sonra çəkirsə istifadə olunmalıdır.
Nikorette 4 mq-lıq çeynənən rezinlər xəstə gündə 20  siqaretdən çox çəkdiyi və ya  2 mq-lıq çeynənə rezinin istifadəsində siqaret çəkməni ləğv edə bilmədiyi hallarda istifadə olunmalıdır.
Siqaret çəkməyə həddindən artıq meyilliklik əmələ gəldiyi bütün hallarda Nikorette aşağıda göstərilən sxem üzrə istifadə olunmalıdır.
-Kəskin dad hissinin əmələ gəlməsinə qədər çeynənən rezini tədricən çeynəmək lazımdır.
-Çeynəməni dayandırıb, çeynənən rezini yanağın iç tərəfi və diş əti arasında saxlamaq lazımdır.
-Dad keçib gedərsə, çeynənən rezini yenidən çeynəmək lazımdır.

Təsiredici maddə: hər çeynənən dərman rezininin tərkibində 10 mq və ya 20 mq niktin rezinat vardır ki, bu da müvafiq olaraq 2 mq və 4 mq nikotin ekvivalent.
Köməkçi maddə: ksilitol, nanə yağı, susuz natrium karbonat,natrium hidrokarbonat, kalium asesulfam, levomentol,maqnezium oksid, xinolin sarısı.