KOPRED

3.32 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KOPRED

İstifadəsinə göstərişlər:

Göz almasının ön seqmentinin qlükokortikosteroid müalicə həssas allergik və iltihabı xəstəliklərinin müalicəsi üçün – allergik konyunktivit, qeyri-spesifik səthi keratit, səthi nöqtəvi keratit, herpes zoster keratitini, irit,siklit.Kopred əməliyyatdan sonra, buynuz qişanın zədələnmələrində və həmçinin,keratoplastikadan sonra istifadə oluna bilər.Adenovirusların və bakteriyaların törətdiyi infeksion konyunktivin başlanğıc kəskin mərhələsində digər dərman preparatları ilə birlikdə istifadə oluna bilər.

İstifadə qaydası və dozası:

Gündə 3-6 dəfə konyunktiva kisəsinə 1-2 damcı damızdırmaq lazımdır.Ağır hallarda gün ərzində hər saatdan bir və gecə hər 2 saatda bir.Qənaət bəxş nəticə müşahidə edilən zaman dozanı hər 4 saatdan bir 1 damcıya qədər azaltmaq lazımdır.Sonralar,simptomlara nəzarət etmək üçün hər 6 və ya 8 saatdan bir 1 damcı kifayətdir.Müalicə müddəti klinik nəticədən asılıdır və bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər.

Təsiredici maddə - 1 ml məhlulun tərkibində 10 mq prednizolon natrium fosfat vardır.

Köməkçi maddələr – natrium-dihidrofosfat monohidrat, natrium-hidrofosfat dihidrat,dinatrium edetat, natrium-xlorid, inyeksiya üçün su.