ALFAM

10.27 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ALFAM

İstifadəsinə göstərişlər:

ALFAM göz daxili təzyiqi aşağı salmaq üçün istifadə olunur.

O,beta-blokator göz damcılarının əks göstəriş olduğu hallarda monoterapiya şəklindəvə ya bir dərman preparatının gözdaxili təzyiqi aşağı salmaq üçün kifayət etmədiyi hallarda  digər göz damcıları ilə birlikdə açıqbucaqlı qlaukomanın və ya okulyar hipertenziyanın müalicəsi üçün istifadə oluna bilər.

İstifadə qaydası və dozası:

Həmişə ALFAM-ı həkimin tövsiyələrinə dəqiq əməl etməklə istifadə etmək lazımdır.

Böyüklər – 12 saat intervalla, gündə 2 dəfə xəstə göz(lər)ə 1 damcı damızdırılır.

12 yaşa qədər uşaqlar – 2  yaşdan aşağı uşaqlara ALFAM istifadə edilməməlidir.

2 yaşdan 12 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur.

Təsiredici maddə - 1 ml məhlulun tərkibində 2 mq brimonidin tartrat vardır.

Köməkçi maddələr – benzalkonium- xlorid, natrium-xlorid, limon turşusu monohidrat, təmizlənmiş su və natrium-hidroksid və ya xlorid turşusu.