AZOKSİN

10.30 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AZOKSİN

İstifadəsinə göstərişlər:

Azoksin həssas mikrofloranın törətdiyi yüngül və orta ağırlı infeksion-iltihabı xəstəliklər zamanı istifadə olunur.

Əks göstərişlər:

Makrolidlərə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Azoksin qida qəbulundan 1 saat əvvəl və ya 2 saatdan sonra qəbul edilir.

Uşaqlar:

Kəskin orta otit – kəskin orta otit zamanı məsləhət görülən doza birdəfəlik 30 mq vəya 3 gün 10 mq və ya 5 gün, onlardan I gün 10 mq, II-V günlər 5 mq.

Streptokokk mənşəli faringit – 5 gün 12 mq

Böyüklər– ağ ciyərin xronik obstruktiv xəstəliklərinin kəskin bakterial infeksiyaları,pnevmoniya, faringit və tonzilit, dəri və yumşaq toxumaların fəsadlaşmamış infeksiyaları zamanı I gün 500 mq, sonrakı II-V günlər 250 mq, gündə 1 dəfə təyin edilir.

Təsiredici maddə - su ilə hazırlanan suspenziyanın hər 5 ml-də 200 mq azitromisinə uyğun azitromisindihidrat vardır.

Köməkçi maddələr – saxaroza, natrium-saxarin, banan və moruq aromatizatorları.