FLURBİN

5.42 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FLURBİN

İstifadəsinə göstərişlər:

Katarakta əməliyyatı zamanı miozun qarşısını almaq məqsədilə istifadə olunur.

Açıqbucaqlı qlaukoması olan pasiyentlərdə arqon-lazer trabekuloplastikasından əvvəl və sonra əməliyyat sonrası konyunktival əlamətləri azaltmaq üçün tövsiyə edilir.

Əks göstərişlər:

Preparata və ya onun komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

Uşaqlarda istifadəsinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası:

Əməliyyat zamanı miozu inhibə etmək üçün flurbiprofen natriumun dozası - əməliyyatdan 2 saat əvvəl başlamaqla və əməliyyata qədər hər 30 dəqiqədən bir təkrar etməklə  0.03%-li məhluldan 1 damcı gözə damızdırılır.Əməliyyat sonrası iltihab əleyhinə 2-3 həftə müddətində və lazer trabekuloplastikasından sonra 1 həftə müddətində hər 4 saatdan bir istifadə edilir.

Təsiredici maddə - 1 ml məhlulun tərkibində 0.3 mq flurbiprofen natrium vardır.

Köməkçi maddələr – polivinil spirti, tiomersal, dinatrium edetat, kalium-xlorid,natrium-xlorid, natrium-sitrat, limon turşusu, inyeksuya üçün su.