CLODİFEN

5.88 AZN
Təsvir İstifadə qaydası Tərkibi
CLODİFEN

Göstərişlər:

Kataraktanın cərrahi müalicəsi zamanı miozun azaldılması üçün

Göz cərrahiyəsində əməliyyatdan sonrakı iltihablar

Göz büllurunun implantasiyası və kənarlaşdırılması ilə əlaqədar əməliyyatdan əvvəl və sonra sistoid makulyar şişin profilaktikası

Gözün ön şöbələrinin qeyri-infeksion iltihabları

Buynuz təbəqənin mexaniki və travmatik zədələnmələri

Lazer trabekuloplastikası ilə bağlı iltihablar

Radial keratotomiya və ya lazer proseduraları ilə bağlı ağrılar

Mövsümü allergik konyunktivlər zamanı iltihablar.

İstifadə qaydası və dozası:

İntraəməliyyat miozunun inhibasiyası üçün Klodifeni 2 saat ərzində 30 dəqiqə fasilə ilə (4 dəfə) əməliyyatdan qabaq konyunktival torbacığa damcıladırlar.

Makulanın kistoz şişinin profilaktikası üçün preparatı əməliyyatdan sonra 2 həftə ərzində gündə 1 damcı olmaqla 3-4 dəfə damcıladırlar.

Müalicə kursu 1 həftədən 2 həftəyə qədər davam edə bilər.

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq

Hamiləliyin III trimestri

18 yaşa qədər olan uşaq yaşı dövrü.

 

Təsiredici maddə - natrium diklofenak 1 mq.

Köməkçi maddələr – tiomersal, bor turşusu, natrium borat, dinatrium edetat,propilenqlikol, EL kremofor, natrium hidroksid, inyeksiya üçün su.