DORZASOPT

12.65 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DORZASOPT

İstifadəsinə göstərişlər:

Yüksəlmiş gözdaxili təzyiq

Açıqbucaqlı qlaukoma.

Əks göstərişlər:

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq

Ağır böyrək çatışmazlığı

Hiperxloremik asidoz

Sinus bradikardiyası

II və III dərəcəli artiventrikulyar blokada

Ürək çatışmazlığı

Kardiogen şok

Buynuz qışanın distrofik prosesləri

Bronxial astma

Hamiləlik dövrü

Uşaqlar və 18 yaşa qədər yeniyetmələr

Burunun selikli qişasının ağır allergik iltihabı.

İstifadə qaydası və dozası:

Dorzasopt zədələnmiş gözün konyunktival kisəciyinə gündə 2 dəfə 1 damcı təyin edilir

Digər oftalmoloji vasitələrlə birgə istifadə edildikdə hər instillyasiya arasında 15 dəqiqə interval olmalıdır

Mikrobla çirklənmənin qarşısını almaq məqsədilə damcısalanın ucunun hər hansı səthə toxunmasının qarşısını almaq lazımdır.

Təsiredici maddə - 1 ml məhlulun tərkibində 20 mq dorzolamid , 5 mq timolol vardır.

Köməkçi maddələr – hodroksietilsellüloza, natrium hidroksid, mannit, benzalkonium xlorid, monohidrat limon turşusu, hidrogen xlorid turşusu, inyeksiya üçün su.