İMİRAN

3.28 AZN
Təsvir İstifadə qaydası Tərkibi
İMİRAN
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Dispeptik simptomlar kompleksi ( epiqastriya ağırlıq hissi, ağrı, qıcqırma, meteorizm, ürəkbulanma, qusma );

Reflüks-ezofaqit, qastrit, mədə və 12-barmaq bağırsaq xorası;

Funksional, üzvi və infeksion mənşəli ürəkbulanma, qusma ( radioterapiya, dərmanlarla müalicə və pəhrizin

pozulması zamanı );


Mədə-bağırsaq sisteminin endoskopik və rentgenokontrast müayinəsi zamanı peristaltikanı yaxşılaşdırmaq

məqsədlə;


ƏKS GÖSTƏRİŞLƏR:

Domperidona qarşı yüksək həssaslıq, mədə-bağırsaq qanaxması.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

İmiran yeməkdən 15-30 dəqiqə əvvəl qəbul olunur.

Böyüklərə: gündə 3 dəfə 1 tablet, əgər lazım gələrsə 3 dəfə 2 tablet təyin olunur.

Uşaqlara: gündə 2 dəfə 200-400 mq/kq və ya 1-2 tablet təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda başağrısı, dəridə səpgilər müşahidə oluna bilər.
 
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq Domperidon vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium qlikolyat nişastası, kroskarmelloza natrium, silisium 4-oksid, maqnezium stearat, eritrozin natrium.