NOLON

9.58 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NOLON
İSTİFADƏSİNƏ DAİR GÖSTƏRİŞLƏR:

Preparata həssas mikroorqanizmlərin törətdiyi infeksion -iltihabı xəstəliklər;

-  BBQ orqanların infeksiyaları: kəskin sinusit, orta otit;

-  Aşağı tənəffüs yollarının infeksiyaları: xroniki bronxitin kəskinləşməsi,xəstəxanadan kənar

pnevmoniyalar;

-  Böyrəklərin və sidikçıxarıcı yolların fəsadlaşmışinfeksiyaları, həmçinin, pielonefrit;

-  Cinsiyyət orqanlarının infeksiyaları, həmçinin, servisit, salpinqooforit, endometrit;

-  Abortdan sonrakı profilaktika;

-  Qarın boşluğu orqanlarının infeksiyaları, həmçinin, xolesistit, enterokolit və s.;

-  Dəri və yumşaq toxumlarının infeksiyaları;

-  Sümük və oynaqların infeksiyaları;

-  Vərəmin dərmana davamlı formalarının kompleks terapiyası.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq;

-  Epilepsiya;

-  Uşaq 18 yaşa qədər yeniyetmə dövrü ( oynaq qığırdaqlarının zədələnmə ehtimalı olması

səbəbindən );

-  Hamiləlik və laktasiya dovrü;

-  Anamnezdə xinolonların istifadəsi ilə bağlı vətərlərin zədələnməsi.


XÜSUSİ GÖSTƏRİŞLƏR:

Levofloksasin təyin edərkən, aşağıda qeyd olunan vəziyyətlərdə ehtiyatlı olmaq lazımdır:

-  Yaşlı pasiyentlər ( böyük funksiyalarının pozulması ehtimalı iləəlaqədər );

-  əvvəlcədən mövcud olmuş baş beyin zədələnməsi olan pasiyentlər ( həmçinin, insult və ya

ağır baş beyin travması olanlar );

-  şəkərli diabet xəstələri ( hipoqlikemiyanın yaranması mümkündür );

-  böyrək funksiyaları pozulmuş xəstələr ( preparat kanal sekresiyasının blokada edən

prepapratlarla birgə ehtiyatla təyin olunur ) ehtiyatlı olmalıdılar.

Xəstələr fotosensibilizasiyanın yaranmasının qarşısını almaq üçün günəş şüaları altında

qalmalıvə ya UB şüaların təsirinə məruz qalmamalıdılar.

Müalicə dövründə alkoqoldan istifadə etmək olmaz.


ƏLAVƏ TƏSİRLƏR:

Allergik reaksiyalar: bəzən dəridə qaşınma və qızartı; nadir hallarda-anafilaktik və

anafilaktoid reaksiyalar ( ovra, bronxospazm və mümkün ola bilən ağır təngənəfəslik ).

Dermatoloji reaksiyalar: nadir halda – fotosensibilizasiya.

Ürək-damar sistemi tərəfindən: nadir halda – taxikardiya, AT-in aşağa enməsi: çox nadir

hallarda – damarkollapsı.

İSTİFADƏ DOZASI VƏ DOZALANMA:

Qida qəbulundan asılı olmayaraq, gündə 1-2 dəfə 250-500 mq, çeynəmədən və kifayət qədər

maye qəbul etməklə daxilə qəbul edirlər.

-  Kəskin sinusit: 500 mq gündə 1 dəfə. Müalicə kursu 10-14 gün.

-  Sidik-ifrazat yollarının infeksiyaları: 250-500 mq gündə 1 dəfə. Müalicə kursu 7-10 gün.

-  Ağciyərlərin iltihabı: 500 mq gündə 1-2 dəfə. Müalicə kursu 7-14 gün.

-  Prostatit: 500 mq gündə 1 dəfə. Müalicə kursu 28 gün.

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: şüurda qarışıqlıq, başgicələnmə, şüur pozuntuları və qıcolma tutmaları, selikli

qişaların zədələnməsi, ürəkbulanma.

Müalicəsi: simptomatik terapiya aparılır. Levofloksasin dializ yolu ilə xaric edilmir. Spesifik

antidot yoxdur.

Hər örtüklü tabletin tərkibində 500 mq levofloksasin var.

Köməkçi maddələr: mikrokristallik sellüoza, hidrosipropilmetilsellüoza, krospovidon, kolloid

susuz silisium dioksid, maqnezium stearat.