TOPRONİD

11.69 AZN
Təsvir İstifadə qaydası Tərkibi
TOPRONİD
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Protozoy və anaerob infeksiyaların müalicəsi üçün:

-  Trixomoniaz. Trichomonas vaginalis-in tərəfindən törətdiyi sidik-cinsiyyət infeksiyası;

-  Amöbiaz. Entamoeba histolytica-nın törətdiyi qastrointestinal infeksiyalar ( amöb bağırsaqdankənar

zədələnmələri );

-  Giardioz. ( Lyamblioz );

-  Anaerob infeksiyalar. Anaerob floradan yaranmış septisemiya, meningit, peritonit, cərrahi əməliyyatından

sonra yarada əmələ gələn infeksiya, doğuşdan sonrakı septesemiya, abortdan sonrakı sepsis və endometritlər;

-  Yoğun bağırsaqda, ginekologiyada və digər əməliyyatlarda profilaktika məqsədilə tətbiq olunur;

-  Helicobacter Pylori eradikasiyasının sxemində 12 barmaq və mədə xorası xəstəliklərində istifadə olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

-  Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;

-  Məkəzi sinir sisteminin funksiyasının pozulmaları;

-  3 yaşa qədər uşaqlarda kapsul və örtüklü tablet formasında təyin etmək olmaz;

ƏLAVƏ TƏSİRLƏRİ:

Başağrıları, başgicəllənməsi və mədə-bağırsaq traktında narahatlıq müşahidə oluna bilər. Çox nadir hallarda

sensor və sensor/hərəkət neyropatiyası, tremor, hərəkətlərin koordinasiyanın pozulması, şüurun dumanlanması

və dəri reaksiyaları baş verə bilər. Gözlənilməz effektlər meydana çıxarsa, həkimə müraciət edin.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Aparılmış tədqiqatlar nəticəsində preparatın teratogen və emriotoksik təsirlərin aşkar edilməməsinə

baxmayaraq, hamiləliyin ilk trimestirində preparatın qəbuluna həddən artıq zərurət yarandıqda yol verilir.

Preparatın ana südünə iflazolma ehtimalı ilə əlaqədar, laktasiya dövründə olan qadınlar preparatı ehtiyatla

qəbul etməlidirlər.

GÜNDƏLİK DOZA:


Anaerob infeksiya

Müalicə
Profilaktika
Başlanğıc doza
500-1000 mq
500-1000 mq
Müalicəvi doza
Hər 24 saatdan bir 1000 mq və ya 12 saatdan bir 500 mq
Hər 24 saatdan bir 1000 mq və ya 12 saatdan bir 500 mq
Müddəti
5-10 gün
1-5 gün


DOZA HƏDDİNİN AŞILMASI:

Preparatın səhfən və ya qəstən artıq dozada qəbulu zamanı “xüsusi göstərişlər” bölməsində göstərilmiş əlavə

reaksiyalar daha kəskin formada meydana çıxa bilər. Spesifik antidot yoxdur. Qıcolma hallarında diazepamın

təyin edilməsi məsləhət görülür.





Təsiredici maddə: hər örtüklü tabletin tərkibində 500 mq Ornidazole vardır.

Köməkçi maddələr: mikrokristallik selluloza – 179,80 mq; magnezium stearat – 4,00 mq; natrium nişasta

qlikolyatı – 25,20 mq; Hidroksipropil Metil Sellüloza E5 – 11,00 mq.

FARMAKOTERAPEVTİK QRUPU:

Antibakterial təsirə malik olan antiprotozoy qrupu ( nitroimidazol ).