MAXVİT – D3

5.90 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MAXVİT – D3
GÖSTƏRİŞLƏR:

D – hipo və avitaminozu.

Raxitin profilaktikası.

Osteomalyasiya və osteoporozun kompleks profilaktikası.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

1 ml Maxvit D3 məhlulu 50 damcıdır. Vitamin D çatışmamazlığının profilaktikasında: gündə 1 dəfə 1-5 damcı.

Uşaqlar və yeni doğulmuşlarda raxitin profilaktikasında.

1 yaşa qədər – gündə 6 damcı;

1 yaşdan yuxarı – gündə 6 damcı;

Osteoporoz və osteomalyasiyanın profilaktikasında: gündə 1 dəfə 2 damcı;

Hiperparatireoidizmin kompleks profilaktikasında: gündə 2 damcı;

ƏKS GÖSTƏRİŞLƏR:

D vitaminlərinə qarşı hiperhəssaslıq, D hipervitaminozu, hiperkaliemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı,

böyrək daşı xəstəliyi, ağciyər vərəminin aktiv forması. Mədə-bağırsaq xorasında, ürəyin üzvi zədələnməsi ilə

keçən xəstəliklərdə ( perikardit, miokardit və s ) ehtiyatla istifadə edilməlidir.

ƏLAVƏ TƏSİRLƏR:

Əlavə təsirlər əksər hallarda doza artıqlığı zamanı yarana bilər.

DİGƏR PREPARATLARLA VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Maxvit D3 ürək qlükozidlərinin toksiki təsirini artırır.

DOZA HƏDDİNİN AŞILMASI:

Doza həddinin aşması xolekalsiferola qarşı yüksək həssaslıq olan şəxslərdə həssaslıq olan şəxslədə müşahidə

olunur. Hiperkalsiemiya üçün xarakter simptomlar: aritmiyalar, ürəkbulanma, qusma, epiqastral sahədə ağrı,

baş ağrısı, əhval-ruhiyyənin kəskin deyişilməsi, bədən çekisinin azalması, böyrək daşı, tezləşmiş sidik ifrazı,

susuzluq, nefrokalsinoz və yumşaq toxumaların kalsinozu.

15 ml-də:

Təsiredici maddə: xolekalsiferol 50.000 BV.

Köməkçi maddələr: günəbaxan tumunun yağı.