MAKROLYUKS

9.64 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MAKROLYUKS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Dərman vasitəsinə həssas mikroorqanizmlərin törətdiyi infeksion-iltihani xəstəlikləri;

Yuxarı tənəffüs yollarının və LOR-orqanların infeksiyaları ( angina, sinusit, tonzilit, faringit, orta otit );

Skarlatina;

Aşağı tənəffüs yollarının infeksiyaları ( bakterial və atipik pnevmoniyalar, xroniki pnevmoniyanın kəskinləşməsi,

bronxit );

Dəri və yumşaq toxumların infeksiyaları ( qızılyel, impetiqo, ikinci infeksiyalaşmış dermatozlar );

Sidikqovucu yolların infeksiyaları ( irinli və qeyri-irinli uretrit, servisi );

Laym xəstəliyi ( borrelioz ) başlanğıc mərhəlləsinin müalicəsi üçün ( erythema migrans );

Helicobacter pylori ilə  bağlı mədə və onikibarmaq bağırsaq xəstəlikləri ( kombinəolunmuş müalicənin

tərkibində ).

ƏKS GÖSTƏRİŞLƏR:

Hiperhəssaslıq ( o cümlədən digər makroidlərə qarşı );

Qaraciyər və böyrək çatışmazlığı, laktasiya dövrü, 6 aylığa qədər uşaqlar ( effektivliyi və təhlükəsizliyi

müəyyən olunmamışdır ).


DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:


Antasidlər ( aluminium – maqnezium tərkibli ), etanol və qida azitromisin absorsiyasım ləngidir və aşağı salır.

Varfarin və Mikrolyuksun birgə təyini zamanı ( adi dozalarda ) protrombin vaxtının dəyişməsi aşkar

edilməmişdir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Qida ilə qəbul etmək olmaz.

Qəbul vaxtı keçdiksə, buraxılmış dozanı mümkün qədər tez, növbəti dozanı 24 saat interval ilə qəbul etmək

lazımdır.

Eyni zamanda antasidlər qəbul edildikdə 2 saatlıq interval gözləmək lazımdır.

Müalicənin dayandırılmasından sonra bəzi xəstələrdə hiperhəssaslıq reaksiyası saxlana bilər ki, bu da həkim

nəzarəti altında spesifik müalicə tələb edir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Bədənin kütləsi
Buraxılış forması
Orta gündəlik doza ( birdəfəlik )
5 kq
Suspenziya hazırlamaq üçün toz 100 mq/5 ml
2,5 ml ( 50 mq )
6 kq

3 ml ( 60 mq )
7 kq

3,5 ml ( 70 mq )
8 kq

4 ml ( 80 mq )
9 kq

4,5 ml ( 90 mq )
10-14 kq

5 ml ( 100 mq )
15-24 kq
Suspenziya hazırlamaq üçün toz 200 mq/5 ml
5 ml ( 200 mq )
25-34 kq

7,5 ml ( 300 mq )
35-44 kq

10 ml ( 400 mq )
>45 kq

Böyüklər üçün dozalar təyin edilir ( 500-1000 mq )

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: ürəkbulanma, eşitmənin müvəqqəti itirilməsi, qusma, diareya.

Müalicəsi: mədənin yuyulması, simptomatik müalicə.

ƏLAVƏ TƏSİRLƏR:

Ürək-damar sisteminə: ürəkdöyünmə, döş qəfəsində ağrı ( 1% və daha az );

Sinir sisteminə: başağrısı, başgicələnmə, yuxululuq; uşaqlarda-başağrısı ( orta otitin müalicəsi zamanı ),

hiperkineziya, həyəcan, nevroz, yuxunun pozulması ( 1% və daha az );

Sidik-cinsiyyət sisteminə: vaginal kandidamikoz, nefrit ( 1% və daha az ).

Təsiredici maddə: 1 paketdə 50 mq, 100 mq və 200 mq azitromisin dihidrat ( azitromisin hesabı ilə ).

Köməkçi maddələr: natrium-sitrat ( üç qat qarşılıqlı natrium limon duzu ), natrium saxarinat ( həllolunan saxrinat

), portağal qida aromatizatorudur ( qida portağal aromatizatorudur ), saxoraz ( şəkər ), krospovidon ( kolloidon

CL ).