KESTRES FORTE

9.19 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KESTRES FORTE
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Yemişan tərkibində olan farmakoloji aktiv maddələr tac damarlarda və miokardda qan dövranını gücləndirir.

Preparat ürək yığımlarının gücünü və sayını artırır ( müsbət ino-xrono-, dromtrop effektərə və mənfi batmotrop

təsirə malikdir ). Əlavə olaraq sidikqovucu, ödəməleyhinə və sedativ təsir göstərir.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Nevroz və nevrasteniyalar, neyrosirkulyator distoniya ( NSD ), həyəcan, qorxu, depressiya, yuxu pozğunluqları,

miqren, klimakterik və predmenstrual dövr. Yüngül və orta dərəcəli koronar çatışmazlıqlar, kardionevrozlar.

ƏKS GÖSTƏRŞİLƏR:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

XƏBƏRDARLIQ:

2 həftədən artıq istifadə etdikdə preparatın təkrar istifadəsinin məqsəduyğunluğu haqqında həkimlə

məsləhətləşmək lazımdır. Taxikardiya zamanı preparatdan istifadə həkim tərəfindən fərdi olaraq təyin olunur.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI İSTİFADƏSİ:

Yoxdur.
 
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:


Laktasiya dövründə istifadəsinin mümkünlüyü haqqında həkimlə məsləhətləşmək lazımıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Gündə 3 dəfə yeməkdən sonra kifayət qədər su ilə 1-2 tablet qəbul edilir.

DOZA HƏDDİNİN AŞILMASI:

Baş ağrıları yarana bilər.

Təsiredici maddələr: tikanlı yemişan hamaşçiçəyi ( Crataegi inflorescentia ) – 150 mq;

Yemişan meyvələri ( Crataegi fructus ) – 30 mq;

Damotu ( Leonuri herba ) – 100 mq;

Xəşəmbul otu ( Meliloti herba ) – 40 mq;

Köməkçi maddələr: Kolloidal silisium 4-oksid, kartof nişastası.

1 tabletik tərkibində hiperozidə hesablamada 1,25 mq-dan az olmayaraq flavonoid vardır.