MİROLYUT

10.26 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MİROLYUT

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Hamiləliyin erkən dövrlərdə ( amenoreyanın 42-ci gününədək ) mifepristonla birlikdə kəsilməsi.


ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın komponentlərinə və digər prostaqlandin preparatlarına qarşı yüksək həssaslıq; ürək-damar

xəstəlikləri; qaraciyər və böyrək xəstəlikləri; prostaqlandin istifadəsinə əks göstərişləri:

Qlaukoma, bronxial astma, arterial hipertenziya; endokrinopatiya və endokrin sistemin xəstəlikləri, o

cümlədən, şəkərli diabet, böyrəküstü vəzilərin disfunksiyası; hormonal asılı şişlər; anemiya; laktasiya dövrü;

18 yaşınadək uşaqlar; uşaqlıq yolu daxili kontraseptivlərin istifadəsi ( istifadədən öncə UDK-ni çıxarmaq

lazımdır ); uşaqlıqdankənar hamiləliyə şübhə.


İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Mizopristol miferpristonla birlikdə yalnız həkim mama-ginekoloqun təyinatı və müşahidəsi ilə və yalnız təcili

cərrahi ginekoloji və hemotransfuzion yardım göstərmək imakanına malik ixtisaslaşmış müalicə

müassisələrində istifadə edilməlidir. Preparatın qəbulu rezus-konfliktin qarşısının alınması və abortla yanaşı

gedən digər ümumi tədbirlərin görülməsini tələb edir. Daxilə, 600 mq ( 3 tablet ) mifepriston qəbul edildikdən

36-48 saat sonra mkq ( 2 tablet ) Mirolyut preparatı təyin edilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Qarının aşağı hissəsində ağrı, başgicəllənmə, başağrısı, ürəkbulanma, qusma, meteorizm, diareya, zəiflik,

qanın üzə “vurması”, bədən temperaturunun qalxması, allergik reaksiyalar ( dəri səpgisi, göynəmə,

angionevrotik ödəm ).

DOZA HƏDDİNİN AŞILMASI:

Simptomlar: yuxuculluq, tormozlanma, tremor, qıcolmalar, təngənəfəslik, qarında ağrı, diareya, qızdırma,

ürəkdöyünmə, arterial təzyiqin düşməsi, bradikardiya.


Müalicəsi: simptomatik, hemodializ effektsizdir.


Təsiredici maddə: 1 tabletin tərkibində 20 mqmirolyut və ya mizoprostol – HPMS ( tərkibinə 100% maddə

 hesabı ilə 0,2 mqmizoprostol, hipromelloza daxildir ) vardır.

Köməkçi maddələr: proslov ( mikrokristalliksellüloza və ya kolloidal silisium 4-oksid ), karboksimetil nişasta

 natrium,maqnezium-stearat.