ZANUFER

20.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ZANUFER
FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Zanufer siropun tərkibində olan komponentlər normal hemopoez prosesin getməsi üçün vacibdir. Dəmir sulfat

asan sorularaq uşaq orqanizmini lazmımi dozada dəmirlə təmin edir. Dəmir orqanizmin normal fəaliyyətini üçün

lazımi mikroelementdir, o hemoqlobinin, mioqlobinin, müxtəlif fermentləri tərkibinə daxildir; oksigenin

daşınmasında, bir sıra oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir; eritropoezi stimullaşdırır. Vitamin B2

( riboflavin ) hüceyrələrin inkişafı və bərpasında, oksidləşmə prosesslərində iştirak edir. B2 triptofanın nikotin

turşusuna çevrilməsi, digər vitaminlərin, xüsusilə piridoksin, fol turşusu və vitamin K-nın transformasiyası və

aktivasiyası üçün lazımdır. Yağların kortikosteroidlərin, eritroditlərin və qlikogenin metabolizmi üçün vacibdir.

Vitamin B6 ( piridoksin ) – mərkəzi və periferik sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. İmmuniteti

möhkəmləndirir, qanın laxtalanmasını azaldır, maddələr mübadiləsində iştirak edir, eritrositlərin və

hemoqlobinin sintezində iştirak edir, yaddaşın möhkəmləndirir, zehni və əmək fəaliyyətini artırır. Fol turşusu

dəmirdefistli anemiyalar zamanı qanyaradıcı toplanaraq qanyarma proseslərini stimulyasiya edir. Eyni zamanda

fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədədə təsirə malikdir. Qaraciyərdə

xolinin sintezi artır və piy infiltrasiyasını məhtudlaşdırır. Fol turşusu immun sistemi gücləndirir, ağ qan

hüceylərinin yaranmasını və funskionallığını artırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin

bölünməsində və formalaşmasında vacib rola malikdir. Vitamin B12 eritropoezdə vacib rola malik purin və

pirimidin əsaslarının, nuklein turşuslarının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv

olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daınmasında və transmetilləşmə proseslərində

iştirak edir metioninin sintezi aktivləşdirir. Zülaların sintezi və orqanizmdə toplanması artırmaqla anabolik təsir

göstərir. C vitamini, ( askorbin turşusu ) dəmirin sorulmasında əhəmiyyətli rol oynayır.

GÖSTƏRİŞLƏRİ:


-  Dəmir və fol turşusu defistli anemiyaların ( o cümlədən hamilə və südverənlərdə ) profilaktika və müalicəsi;

-  Natamam qidalanma səbəbi ilə yaranan anemiyalar;

-  Qurd xəstəlikləri ( tükbaş qurd qanla qidalanır ) nəticəsində yaranan anemiyalar;

-  Cərrahi əməliyyatlardan sonrakı anemiyanın müalicə və profilaktikasında;

-  Hormonal, psixotrop, kontraseptik və qıcolma əleyhinə preparatların uzun müddətli qəbulu zamanı yaranan

anemiyalar;

-  Hamiləlik zamanında restlanan anemiyalar.

QƏBUL QAYDASI:

3 yaşa qədər uşaqlara 5.0 ml gündə 1 dəfə, 3-5 yaşlı uşaqlara 5.0 ml 2 dəfə, 6-12 yaşlı uşaqlara 7.5 ml gündə

2 dəfə, 12 yaşdan yuxarı uşaqlara və böyüklərə 10.0 ml gündə 2 dəfə.

Vasitə yeməkdən dərhal sonra təyin edilir. Müalicə müddəti 1-3 aydır.

ƏKS GÖSTƏRİŞLƏR:

Hemoxromatoz, hemosideroz, aplastik və hemolitik anemiyalar, xroniki hemoliz, vasitənin tərkibindəki

komponentlərə qarşı həssaslıq.

ƏLAVƏ TƏSİRLƏR:

Dispepsiya.

Antianemik sirop:

Hər 10 ml siropun tərkibində:

Dəmir sulfat.................150 mq ( Fe – 30 mq );

B2 vitamini..............................................1 mq;

B6 vitamini..............................................1 mq;

B12 vitamini..........................................1 mkq;

Fol turşusu........................................200 mkq;

C vitamini..............................................20 mq.