ARDEYCHOLAN

15.11 AZN
Təsvir İstifadə qaydası Tərkibi
ARDEYCHOLAN

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Həzm prosesinin pozulması ( dispeptik əlamətlər ), o cümlədən, ödqovucu sisteminin funskiyasının pozulması.

ƏKS GÖSTƏRİŞLƏR:

ARDEYXOLAN əkin ənginarı və ya dərman preparatının digər komponenetlərinə qarşı yüksək həssaslıq zamanı

təyin edilmir.

ARDEYXOLAN ödqovucu yolların keçməməzliyi zamanı təyin edilmir.

Öddaşı xəstəliyi zamanı ARDEYXOLAN kapsullarını yalnız həkimin məsləhətindən sonra istifadə etmək olar.

ARDEYXOLAN kapsulları hamiləlik və laktasiya zamanı istifadə edilməməlidir ( bu qrup pasiyentlərdə kifayət

qədər klinik tədqiqatlar aparılmadıöında ).

Uşaqlarda istifadəsinə dair kifayət qədər tədqiqatlar aparılmadığından, ARDEYXOLAN kapsulların 12 yaşa qədər

olan uşaqlarda istifadəsi tövsiyə edilmir.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Şikayətlər dərman preparatının 1 həftəlik qəbulundan sonra da davam etdiyində və ya təkrarlandıqda,

həmçinin bütün digər qeyri-müəyyən hallarda həkimə müraciət edilməsi tövsiyə olunur. ARDEYXOLAN

kapsullarını laktoza və digər şəkərlərin dözümsüzlüyü olan xəstələrə təyin etməzdən əvvəl dərman preparatının

tərkibinə laktoza ( süd şəkəri ) daxil olması nəzərə alınmalıdır.


ƏLAVƏ TƏSİRLƏR:

Bütün digər dərmanlarda olduğu kimi, ARDEYXOLAN kapsullarının istifadəsi zamanı da əlavə təsirlər təzahür

edə bilər. Əlavə təsirlərin təsvir edilməsində aşağıdakı təsnifat geniş istifadə olunur:

Tez-tez baç verən əlavə təsirlər:
>1/10 müalicə almış xəstələrdə:
Adi tezliklə baş verən əlavə təsirlər:
>1/100, <1/10 müalicə almış xəstələrdə:
Arabir baş verən əlavə təsirlər:
>1/1000, <1/100 müalicə almış xəstələrdə:
Nadir baş verən əlavə təsirlər:
>1/10000, <1/1000 müalicə almış xəstələrdə:
Çox nadir baş verən əlavə təsirlər:
<1/10000 müalicə aımiş xəstələrdə, və ya naməlum tezliklə.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkim tərəfindən dərman vasitəsi hər hansı başqa dozada təyin edilmədikdə: böyüklərə və 12 yaşdan yuxarı

uşaqlara gündə 3 dəfə 1 kapsul təyin edilir.

ARDEYXOLAN yemək zamanı bir qədər maye ilə bütöv şəkildə qəbul edilir ( kapsul çeynənilməməli və ya

əzilməməlidir ).

ARDEYXOLAN kapsulların 1 həftəlik qəbulundan sonra da xəstənin şikayətləri davam etdikdə və ya

təkrarlandıqda, həmçinin hər hansı bir qeyri-müəyyən hal baş verdikdə həkimə müraciət edilməlidir.

DOZA HƏDDİNİN AŞILMASI:

ARDEYXOLAN kapsulların doza həddinin aşılması haqqında indiyədək məlumat verilməyib. Buna baxmayaraq,

dərman preparatı artıq dozada qəbul edildikdə dərhal həkimə müraciət edilməlidir.

1 sərt kapsulun tərkibinə daxildir:

Təsiredici maddə: 400 mq əkin ənginarının ( Cynara scolumus ) ( 4-6:1 ) quru ekstraktı ( ekstragent qismində:

su );

Köməkçi maddələr: talk, maqnezium stearat, yüksək dispersiya edilmiş silisium dioksid, qarğıdalı nişastası,

laktoza monohidrat, jelatin, təmizlənmiş su, natrium dodesilsulfat, boya maddələri qismində - xlorofillin-mis

kompleksi ( E141 ), titan dioksid ( E171 ), dəmir ( III ) oksid ( E172 ).