AVİSİN 100

11.32 AZN
Təsvir İstifadə qaydası Tərkibi
AVİSİN 100
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Amikasin qram-mənfi mikroorqanizmlər ( kanamisin, qentamisin və s. Aminoqlikozid qrupu antibiotiklərə qarşı

rezistent olanlar ) tərəfindən törədilmiş infeksion-iltihabi xəstəlikləri zamanı təyin olunur.

-  Tənəffüs yollarının infeksion xəstəlikləri; əsasən bronxit, pnevmoniya, plevrit, ağciyərlərin absesi.

-  Vərəmin kompleks müalicəsi.

-  Sepsis.

-  Bakterial endokardit.

-  Mərkəzi sinir sisteminin infeksiyaları ( meninqit daxil olmaqla ).

-  Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri ( peritonit, öd yolları və mədə-bağırsaq traktının infeksiyaları

).
-  Sidikqovucu yolların infeksion xəstəlikləri ( pielonefrit, sistit, uretrit ).

-  Dəri və yumşaq toxumanın infeksiyaları.

-  İrinli yara və yanıq infeksiyaları.

-  Sümük və oynaq infeksiyaları ( osteomielit daxil olmaqla ).

-  Yumurtalığın kistası.

-  Ginekoloji infeksiyalar ( salpinqoforit, endometrit, kistalar ).

-  Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri.

-  Cərrahi infeksiyaların profilaktikası məqsədilə ( əməliyyatan əvvəl və sonra ).

ƏKS GÖSTƏRİŞLƏR:

-  Eşitmə sinirinin nevriti;

-  Ağır xroniki böyrək çatışmazlığı ( azotemiya, uremiya );

-  Hamiləlik;

-  Preparata qarşı yüksək həssaslıq;

-  Digər aminoqlikozid qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq;

Miasteniya, parkinsonizm, botulizm, laktasiya zamanı xüsusi həkim göstərişi və həkim nəzarəti altında istifadə

olunmalıdır.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Amikasin əzələ daxilinə və ya vena daxilinə təyin olunur.

Böyüklər və 6 yaşdan böyük uşaqlar: 8 saat intervalla 5 mq/kq/gün, 12 saat intervalla 7,5 mq/kq/gün.

Sidikqovucu yolların fəsadlaşmış infeksiyaları: hər 12 saatdan bir 250 mq dozada təyin olunur. Hemodializdən

sonra 3-5 mq/kq/sutka doza təyin olunur.

Böyüklərdə maksimal doza 10 gün müddətində 5 mq/kq/gün təşkil edir.

Vaxtından əvvəl doğulmuş uşaqlarda: ilkin doza 10 mq/kq, sonra isə 18-24 saat intervalla gündə 7,5 mq/kq

təyin olunur.

Yenidoğulmuş uşaqlar və 6 yaşa qədər uşaqlar: ilkin doza 10 mq/kq, sonra isə 12 saat intervalla gündə 7,5

mq/kq təyin olunur.

Yanıq infeksiyaları zamanı 6-8 saat intervalla gündə 5-7,5 mq/kq təyin olunur.

V/D damcı üsulu ilə yeridilən zamanı: Amikasin 5%-li 200 ml qlükoza ( dekstroza ) və ya 0,9%-li natrium

xloridin izotonik məhlulunda həəl edilir və 30-60 dəqiqə ərzində vena daxilinə damcı üsulu ilə yeridlir. Amikasin

preparatının vena daxilinə yeridilən məhlulda həllolma konsentrasiyası 5 mq/ml artıq dozada olmamalıdır.

ƏLAVƏ TƏSİRLƏRİ:

Korluq, karlıq, göz əzələsinin iflici. Allergiya əlamətləri: dəri səpgisi, Kvinke ödemi və s.

Mədə bağırsaq pozğunluqları ( 2% hallarda ): ürəkbulanma, qusma ishal, hiperbilirubinemiya. Nadir hallarda

neyrtoksik, nefrotoksik, ototoksik təsir.

İnyeksiya yeridndə ağrı, iltihab və flebit dozanın artırılması zamanı müşahidə olunur.

Təsiredici maddə: 2 ml ( 1 ampul ) məhlulun tərkibində 100 mq ( 100 mq/2 ml ) Amikasin sulfat vardır.

Köməkçi maddələr: natrium sitrat, natrium metabisulfit, inyeksiya üçün su.