EXTRA – E

18.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
EXTRA – E
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Tokoferil orqanizmdə hüceyrə membranının qoruyucu xüsusiyyətlərini gücləndirir. E vitamini antioksidant

vasitəsidir, toxuma metabolizmi proseslərində iştirak edir, eritositlərin hemolizminin, kapillyarların kövrəkliyinin

və keçiriciliyinin artmasının, toxum kanallarının və yumurtalıqların funskiyasının pozulmasının qarşısını alır,

reproduktiv funksiyanı normallaşdırır. Ateroskelerozun inkişafına mane olur. Toxuma tənəffəsün yaxşılaşdırır,

skelet və saya əzələlərinin degenerativ-distrofik deyişikliklərin qarşısını alır, miokardın qidalanmasını və yığılma

qabiliyyətini yaxşılaşdırır. Sərbəst radikal reaksiyalarını tormozlayır, hüceyrə və subhüceyrə membranlarını

zədələyən peroksidlərin əmələ gəlməsini qarşısını alır. Hem və hem fermentlərin ( hemoqlabin, mioqlobin,

sitoxromalar, katalaza, peroksidaza ) sintezi stimullaşdırır.


GÖSTƏRİŞLƏRİ:

-  E vitamini hipovitaminozu;

-  Alimentar anemiya;

-  Aybaşı dövrünün pozulmaları;

-  Hamiləliyin pozulması təhlükəsi hallarında;

-  Əzələ distrofiyası, amiotrofik yan skleroz;

-  Periferik damarların zədələnməsi ( endarteriit, Reyno xəstəliyi );

-  Miokardiodistrofiya, ateroskleroz;

-  Seboreya, dəridə atrofik dəyişiklik ( sklerodermiya, dermatozlar, psoriaz );

-  Trofiki xoralar.

İSTİFADƏ QAYDASI:

1 kapsuldan gündə 1 dəfə və ya xəstəlik və onun gediatından asılı olaraq dozalar individual seçilir. Orta istifadə

müddəti 1-2 həftədən 2-3 aya qədərdir. Kapsul kifayət qədər neytral maye ilə bütöv şəkilində qəbul olunur.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın istənilən komponentinə qarşı hiper həssaslıq.
Vitamin 200 mg.