FLAGİL 250 MG

4.86 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FLAGİL 250 MG
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

İbtidailərin törətdiyi infeksiyalar: bağırsaqdan kənar amöbiaz ( qara ciyər amöbiazı ), bağırsaq amöbiazı

( amöb dizenteriyası ), trixomoniaz, qiardiazis, balantidiaz, lyamblioz, dəri leyşmaniozu, trixomonad vaginiti,

trixomonad uetriti.


H. pylori ilə əlaqədar olan mədə və 12-barmaq bağırsaq xorası ( kompleks müalicə ).

Əməliyyatdan sonrakı ağırlaşmaların ( xüsusən çənbər bağırsağa və pararektal bölgəyə müdaxilə,

apendektomiya, ginekoloji əməliyyatlar ) profilaktikası məqsədilə.


ƏKS GÖSTƏRİŞLƏR:

-  İmidazollara qarşı yüksək həssaslıq;

-  MSS-nin üzvi xəstəlikləri;

-  Qan xəstəliyi, həmçinin, anamnezdə leykopeniya;

-  Qara ciyər çatışmazlığı;

-  Hamiləlik;

-  Laktasiya dövrü;

-  6 yaşa qədər uşaqlar ( suspenziya forması istifadə olunur ).

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Hamiləlik və laktasiya dövründə istifadəsi əks-göstərişdir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Daxilə. Amöbiaz Flagil 7 gün müddətində 1,5 q gündəlik doza ( 3 dəfəlik qəbul ) qəbul olunur. Lyamblioz 5 gün

müddətində müalicə olunur – böyüklərdə 750-1000 mq/gün, uşaqlarda ( 6-10 yaş ) 375 mq/gün, 10-15 yaş

uşaqlarda isə 500 mq/gün dozalarda təyin olunur. 6 yaşdan kiçik uşaqlarda metronidazolun suspenziy dərman

formasının istifadəsinə üstünlük verilir.


Qeyri-spesifik vagintilərdə Flagil 500 mq dozada gündə 2 dəfə ( 7 gün müddətində ) təyin olunur.



 
Təsiredici maddə: 1 tabletin tərkibində 250 mq metronidazol vardır.

Köməkçi maddələr: buğda nişastası, povidon K 30, maqnezium-stearat, hipromelloza, makroqol 20000