RİBAKTİV

19.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
RİBAKTİV

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

RİBAKTİV-in tərkibinə daxil olan sitidin və uridin hematoensefalitik baryeri keçərək mərkəzisinir

 sistemində bir sıra prosesləri ( Krebs, pentozomonofosfat, suksinat vəqlükuron tsiklini ) aktivləşdirir,

 hətta işemiya şəraitində toxuma tənəffüsünnüvə enerji sintezini təmin edir. Süd turşusu və ammonyakın

 yığılmasınınqarşısını alaraq asidozu və xroniki yorğunluğu aradan qaldırır. Sitidin vəuridin mielin

 qişasının əsas tərkib hissəsi olan sfinqomielin və srebrozidlərinsintezini stimulə edərək sinir liflərinin

 mielinizasiyasını, zədələnmiş akson vəmielin qişasınıregenerasiyasını və əzələ trofikasını təmin edir.

 Orqanizmdəasetilxolin sintezi azaltmaq membran fosfolipidlərinin sintezini stimulə edir.Nəticədə sinir

 keçiriciliyini, hissi və hərəki funskiyalaryaxşılaşdırır.iltihab əlamətləri, ağrı və keyimə hissi azalır.

 REBAKTİVneyromediator sintezini və neyronlararası əlaqələri artıraraq koqnitivfunskiyaların ( yaddaş,

 diqqət, məntiq və s. ) yaxşılaşmasına səbəb olur.

 

GÖSTƏRİŞLƏRİ:

-      Kəskin və xroniki beyin qan dövranı pozğunluqları;

-      Koqnitiv pozğunluqlar və yaddaş zəifliyi ilə müşayiət olunan xəstəliklər;

-      Psixoemosional pozğunluqlar: qorxu, həyəcan,depressiya, yuxu pozğunluqları və s.;

-      Dofaminergik yolların pozğunluğu ilə müşayiətolunan xəstəliklərin kompleks müalicəsində;

-      Yenidoğulmuşların hipoksik-işemik ensefalopatiyası,uşaq serebral iflici;

-      Üçlü sinirin nevralgiyası və nevriti, üz sinirinevriti və kəllə-beyin travmaları ( o cümlədən, doğuş travmaları );

-      Sinir köklərin və sinir kələfələrinin zədələnmələri( radikulopatiyalar, lümbaqo, lümbalgiya, lümbo-işalqiya,

 pleksitlər,qabırğaarası nevralgiyalar, tunel sindromu );

-      Müxtəlif mənşəli polineyropatiyalar ( endokrin,autimmun, alkohol );

-      Görmə sinirinin atrofiyası, retinopatiyalar,qlukomanın kompleks müalicəsi.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

0-2yaş – 1 ml ( 20 damcı ) gündə 1 dəfə;

2-12yaş – 2 ml ( 40 damcı ) gündə 1 dəfə;

12yaşdan yuxarı – 4,5 ml ( 90 damcı ) gündə 1 dəfə.

Preparattəmiz halda və ya az miqdar suya qatılaraq daxilə qəbul olunur.

 

ƏLAVƏ TƏSİRLƏR:

Qeydəalınmayıb.

 

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatıntərkibinə daxil olan komponentlərinə qarşı hiperhəssaslıq.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR:

Maksimalsutkalıq dozanı aşılmamalı. Preparat uşaqların əli çatmayan yerdə olmalıdır.


Hər 1 ml-də:

Sitidin – 33 mq;

Uridin – 33 mq;

Vitamin B6 – 0,7 mq;

Maqnezium – 10 mq