FUBOS

26.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
FUBOS
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

-  Autoimmun xəstəliklər: revmatoid artrit, dağınıq skleroz, Şeqren xəstəliyi, qırmızı qurd eşənəyi,

sklerodermiya, Kron xəstəliyi, uveit;

-  Dayaq-hərəkət sisteminin iltihabi-degenerativ xəstəlikləri: podaqrik artrit, osteoartroz, osteoxondroz;

-  Yumşaq toxumaların və oynaqların posttravmatik iltihabı ( dartılma, gərginlik və zədələnmə nəticəsində );

-  Dəri xəstəlikləri: psoriaz, ekzema, neyrodermit və s.;

-  Kiçik çanaq orqanlarının infeksion -iltihabi xəstəlikləri: salpingit, ooforit, kistalar, bitişmələr ( spaykalar );

-  Mastit, mastopatiya;

-  Mədə-bağırsaqtraktının xəstəlikləri: qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kolit, öd

yollarının diskineziyası, pankreatit;

-  Şəkərli diabet ( diabetik angiopatiya, diabetik retinopatiya );

-  Ürək-damar xəstəlikləri: ürəyin işemik xəstəliyi, ateroskleroz, tromboflebit;

-  Onkoloji xəstəliklərin profilaktikası və kompleks müalicəsində.


İSTİFADƏ QAYDASI VƏ DOZALANMA REJİMİ:

1 kapsul gündə 1-2 dəfə yemək zamanı daxilə qəbul edilir. Müalicə müddəti 1-2 aydır.

Qəbul dozası və müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq dəyişə bilər.

DİGƏR DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ:

Digər dərman vasitələri ilə arzuedilməz qarşılıqlı təsiri barədə məlumat yoxdur.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda allergik reaskiyalar müşahidə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Vasitənin hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədər uşaqlar.

 
Tərkibi:

Hər 1 kapsulun tərkibi
İçindəki komponentlərin miqdarı
Fukoidan
350 mq
Bosvelliya ekstraktı
350 mq
Beta-qlukan
100 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, silisium dioksid, maqnezium stearat.