OVATON

27.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
OVATON
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Mio-inozitol vitaminəbənzər maddə olub, yağ və şəkərlərin metabolizmi tənzimləyir, hüceyrə membranının

stabiliyini qoruyur, sinir ötürücülüyünü sürətləndirir. Mio-inozitol plazmada lütenləşdirici hormonun,

testosteronun və prolaktinin səviyyəsini aşağı salır. Mio-znozitol menstrual tsiklin və ovulyasiyasının bərpasında

mühüm rol oynayır.  Yumurtalığın funksiyasına moduləedici təsir etdiyindən onun kontrol edilən

hiperstimulyasiyasında istifadə oluna bilər. Yumurtalığın polikistozu zamanı mio-inozitol insulinə rezistenliyi

azaldır, II tip diabet zamanı toxumların insulinə həssaslığını artırır, həmçinin ümumi metabolik fonu

yaxşılaşdırır.

B12 vitamini levomefol turşusu ilə birgə sito- və neyrotoksik təsirə malik olan və hamiləliyin pozulma riskini

artıran homosistein metabolizminin normallaşmasına və qanda səviyyəsinin azalmasına kömək edir. B12

vitamini qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyəti üçün vacib olan xolinin mübadiləsində,

qanyaranmada və sümüyün əmələ gəlməsində iştirak edir.


GÖSTƏRİŞLƏR:

-  Yumurtalığın poliksitozu;

-  Yumurtalığın stimulyasiyası;

-  İnsulinə rezistentlik, prediabet və II tup şəkər xəstəliyi;

-  Homosistein metobolizminin pozulması;

-  Fol turşusu və B12 vitamini defisiti.

ƏKS-GÖSTƏRİŞLƏR:

Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

İSTİFADƏ QAYDASI:

1 paket gündə 1-2 dəfə istifadə olunur. Maksimal sutkalıq doza 2 paketdir. 1 paketin tərkibi 200 ml qaynadılmış

soyudulmuş suda həll edilir.

Məhsul dərman vasitəsi deyil bioloji aktiv əlavədir.

Yalnız böyüklər üçün nəzərdə tutulub.

Tərkibində dadlandırıcı və laktoza yoxdur.

Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Hər paketin tərkibinə daxildir:

Mio-inozitol........................................2000 mq;

Vitamin B
12.........................................2,5 mkq;

Levomefol turşusu ( 5_MTHF )..........200 mkq.