MEGAKİDS

18.80 AZN
Təsvir İstifadə qaydası Tərkibi
MEGAKİDS
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Omeqa-6 maddələr mübadiləsinin düzgün gedişini təmin edir, yağların utilizasiyasını artırır və əzələ toxumasını

bərpa edir. Dieta saxlıyan pasiyentlərə xüsusilə tövsiyə olunur. Bu sinfin nümayindələri arasında ən güclü

antioksidant təsirə omeqa-6 malikdir, buna görə də omeqa-6 qocalma proseslərini ləngidir. Bundan əlavə PMS,

menopauza, cinsi hormonların tənzimlənməsi fonunda gedən iltihabı proseslərdə daha effektiv nəticə verir.

Linol turşusu orqanizmə düşdükdə y-linolen turşusuna çevrilir ki, sonuncunun defisti sinir sisteminin, dəri və

dəri artımlarının müxtəlif tipli xəstəliklərinə səbəb olur.

Vitamin E yeganə lipofil antioksidant olub, maqnezium və oksigen defisti zamanı miokardiositlərin vəziyyətini

stabilləşdirir, ürəyin oksigenə tələbatını azaldır.

Vitamin B6 əzələlərdə zülal mübadiləsində və digər biokimyəvi proseslərdə iştirak edir. İmmuniteti gücləndirir.

Amin-transferaza fermentinin kofermentidir. Qlutamin turşusunu QAYT-a çevrilməsində iştirak edir. QAYT-ın

endogen sintezi aktivləşdirir.


GÖSTƏRİŞLƏRİ:

Müxtəlif sinir mənşəli xəstəliklərdə digər dərman vasitələri ilə paralel və ya dərman vasitəsini təyinatından

sonra yardımçı vasitə kimi təyin olunur. Bele hallara aiddir – stress, əsəb gərginliyi, xroniki yorğunluq, fiziki və

psixi tükənmə, asteniya, yaddaş və diqqətin pozulması, intellektual qabiliyyətin zəifləməsi, həyəcanlanma,

qorxu, yuxu pozğunluğu ( yuxusuzluq, narkolepsiya ), periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu

zaman profilaktik və ya köməkçi vasitə kimi.


DOZALANMASI:

Süd əmər uşaqlara 5 damcı hər 100 ml südün içərisinə qatılmaqla, ana südü əmməyən uşaqlara 1 yaşa dək 20

damcı gündə 2 dəfə, digər yaş qrupu olan uşaqlara və böyüklərə isə 20 damcı gündə 3 dəfə təyin olunur.


ƏLAVƏ TƏSİRLƏRİ VƏ ƏKS GÖSTƏRİŞLƏRİ:

Megakids dərman vasitəsi olmadığı üçün ciddi əks göstərişlər mövcud deildir. Preparatın hər hansı

komponentlərinə qarşı həssaslıq.

Hər 5 ml-nin tərkibində vardır:

Omeqa-3 ( Alfa linolenik turşusu ) – 0,51 qr;

Omeqa-6 ( Linoleik turşusu ) – 0,71 qr;

Vitamin E – 4 mq;

Vitamin B6 – 2,5 mq;

Vitamin C – 15 mq.

 Hər 5 ml-nin tərkibində vardır: Omeqa-3 ( Alfa linolenik turşusu ) – 0,51 qr;

Omeqa-6 ( Linoleik turşusu ) – 0,71 qr;

Vitamin E – 4 mq;

Vitamin B6 – 2,5 mq;

Vitamin C – 15 mq.