KARDOVAL

12.70 AZN
Təsvir İstifadə qaydası Tərkibi
KARDOVAL
XÜSUSİYYƏTLƏRİ: Cardoval Ritmo ürək əzələsi möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, hüceyrələri oksigen

ilə təmin edir, damarları möhkəmləndirir və elastikliyini bərpa edir, arterial təzyiqi tənzimləyir, sinir sisteminin

fəaliyyətini yaxşılaşdırır. Preparatın tərkibində olan aktiv maddələrin kombinasiyasının ürək-damar sisteminə

müsbət təsirə nəzərə alınaraq istehsal olunmuşdur.

Bundan başqa preparatın tərkibində olan aktiv maddələr sinergik təsir göstərir, belə ki kombinasiyada onlar

daha effektivdir, nəinki ayrı-ayrılıqda istifadə olunduqda.

Yemişan
Meyvələrinin
Ekstraktı
Koronar damarların və ürək əzələsinin qan dövranını yaxşılaşdırır, ürək yığımlarının gücünü artırır, ürək ritmini tənzimləyir. Bundan əlavə, ürək nahiyəsində ağırlıq hissiyatını və təzyiqi aradan qaldırır, fiziki gərginlik zamanı təngənəfəsliyi azaldır.
Maqnezium oksidi
Maqnezium orqanizmdə bir çox fermentativ reaksiyaları ( zülal sintezi, nuklein turşuların sintezi, energetik metabolizmi və s. ) vacib kofermenti sayılır. Bundan əlavə, maqnezium ürək döyüntülərinin sayını və ürəyin yığılma qəbiliyyətini yaxşılaşdıraraq, ürəyin fəaliyyətində böyük rol oynayır. Maqnezium vazodilatator təsirə malik olduğu üçün, ümumi qan dövranını yaxşılaşdırır, işemiyanı azaldır və arterial təzyiqi tənzimləyir.
Yaşıl çay yarpaqlarının ekstraktı
Tərkibində bioflavonoidlər olan güclü antioksidantdır. O, sərbəst radikalları neytrallaşdırır, qanda xolesterinin miqdarını azaldır, piylərin ultizasiyasını təmin edir, maddələr mübadiləsini sürətləndirir, yaddaşı yaxşılaşdırır, fiziki və əqli əmək qabliyyətini yaxşılaşdırır.
Vitamin B6
( Pyridoxine hydrochloride )
Zülaların, aminturşuların mübadiləsində və hormonların və eritositlərin əmələ gəlməsində iştirak edir, bərpa prosesini və hüceyrələrin differensasiyanı tənzimləyir, immun sistemini möhkəmləndirir, miokard hipoksiyasını azaldır, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.
Vitamin B6
( Thiamine hydrochloride )
Orqanizmin bir çox hüceyrələrində, o cümlədən, sinir və ürək hüceyrələrində, enerji mübadiləsində iştirak edir. Buna görə də, sinir sistemini və ürək fəaliyyətini yaxşılaşdırır.
Sarımsaq ekstraktı
Sarımsağın mikrob əleyhinə, hipolipidemik, trombolitik xüsusiyyətləri vardır. ASL miqdarının azalmasına və YSL isə artmasına kömək edir. Sarımsağın tərkibində olan aktiv maddələr trombositlərin aqresiyasını azaldır və tromb əleyhinə profilaktik vasitə hesab olunur.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Aşağıdakı xəstəliklərin kompleks müalicəsində istifadə olunur:

-  Hipertoniya xəstəliyi;

-  Ürək aritmiyası;

-  Ürəyin işemik xəstəliyi ( stenokardiya );

-  Kardiomiopatiya;

iPage
-  Ateroskleroz;

-  Veqetativ damar distoniyası;

-  Ürək-damar sistemini möhkəmləndirmək məqsədi ilə.

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibində olan komponentlərə qarşı hiperhəssaslıq, hipotoniya, 12 yaşa qədər uşaqlar.

İSTİFADƏ QAYDASI:

1 kapsul gündə 1 dəfə yemək zamanı.

Göstəriş olunduqda preparat hamiləlik zamanı laktasiya dövründə istifadə oluna bilər.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda allergik səpgilər ola bilər.
Bir kapsulun tərkibinə daxildir:

Yemişan meyvələrin ekstraktı – 350 mq;

Maqnezium oksidi – 93,75 mq ( 56,25 mq maqneziuma bərabər ) ( 15% GMD );

Sarımsaq ekstraktı – 30 mq;

Yaşıl çay yarpaqlarının ekstraktı – 10 mq;

2,68 mq ( 2 mq Vitamin B6-ya bərabər ) ( 143% GMD );

1,54 mq ( 1,1 mq Vitamin B1-ə bərabər ).

Gündəlik mələhət görülən doza.