BİO ZİNK

25.00 AZN
Təsvir İstifadə qaydası Tərkibi
BİO ZİNK
FARMAKOLOJİ TƏSİRLƏRİ:

Sink – orqanizmdəki bütün hüceyrələrin sağlam fəaliyyəti üçün vacib elementdir. Sink şatışmazlığı bir sıra ciddi

xəstəliklərin yaranmasında mühüm rol oynayır. Bunlardan ürək xəstəlikləri, immun sisteminin funksiyasının

pozulması, yaraların gec sağalması, osteoporoz, beyinin və sinir sisteminin zədələnməsi, epilepsiya, hətta

şizofreniya və digər psixi pozuntular, katarakta, müxtəlif həzm pozğunluqları, xora, qida allergiyaları, dəri

xəstəlikləri, prostat vəzinin adenoması, cinsi zəiflik, sonsuzluq, xroniki yorğunluq, iştahın itməsi, eşitmə

qabiliyyətinin pozulması, qidalanmanın pozulması və qanda şəkərin disbalans simptomları və s. misal

göstərmək olar. Sink enzimogenez proseslərində iştirak edir və fermentlərin fəalləşmasında mühüm rol oynayır.

İnsan orqanizmində 200-dən çox fermnetin fəallığı sinkin olmasından asılıdır. Sink nuklein turşularının ( RNT,

DNT ), zülalların yaranmasında, hüceyrələrin bölünməsində, onların inkişaf və regenerasiyasında iştirak edir;

Cinsi orqanların normal fəaliyyətini və seksual qabiliyyətini lazımı səviyyədə saxlamaq üçün mühüm əhəmiyyət

kəsb edir; Toxumların, dəri artımlarının ( tük və dırnaq ) və skeletin yenilənməsinə birbaşa təsir göstərir;

Dərinin və damarların elastikliyinə cavabdeh olan kollagen mühüm elementdir; Görmə qabiliyyətinin

saxlanması və yaxşılaşdırılması üçün mühüm maddələr.

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Biotin və Sinkin orqanizmdə çatışmazlığı, bədən tonusunun zəiflətməklə bir sıra xəstəliklərin və pozğunluqların

baş verməsinə səbəb olur. Ona görə də preparatın tətbiq sahəsi olduqca genişdir. Belə ki:

-  Müxtəlif etiologiyalı saç tökülmələri, alopesia, seboreya, saçda piqmentləşmə pozuntuları ( saç ağarması );

-  Dırnaq zədələnməli – dırnaq özəyində struktur dəyişiklikləri, keratinizasiya prosesinin pozğunluqları;

-  Kişi və qadın sonsuzluğunun kompleks müalicəsi;

-  Prostatitlər, prostat vəzinin adenomasının müalicə və profilaktikası;

-  Bütün yaraların, o cümlədən əməliyyatdan sonrakı yaraların sağalmasını sürətləndirmək üçün;

-  Xroniki xoraların, o cümlədən, mədə və 12 barmaq bağırsaq xorasının, şəkərli diabet və varikoz xəstəliyi

zamanı trofik xoraların müalicəsi, yanıqların tez sağalması;

-  Gözün torlu qişasının xəstəlikləri, görmə poğunluqlarının kompleks müalicəsi;

-  İstənilən mənşəli diareyalar, yoğun və nazik bağırsağı digər patologiyaları, Kron xəstəliyi;

-  Aterosklerozun, hiperxolesterinemiyanın profilaktikası və müalicəsi, şəkərli diabetin kompleks müalicəsi.


ƏKS GÖSTƏRİŞ:

Preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda dispepsik əlamətlrə müşahidə oluna bilər.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

Həkimin təyinatından asılı olaraq, 1 həb, gündə 1 və ya 2 dəfə, yeməkdən sonra qəbul edilir. Gözlənilən

effektin alınması üçün preparat fasiləsiz olaraq 1-6 ay qəbul edilməlidir. Aptekdan reseptsiz buraxılır.

Hər tabletin tərkibində 5 mg Biotin və 15 mg elementar Sinkə müvafiq Zn-sitrat var.