DİPROSPAN

30.31 AZN
Təsvir İstifadə qaydası Tərkibi
DİPROSPAN

 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

Əzələdaxili yeridilmə:

Dermatoloji, allergik, xəstəliklərin,kollagen və digər xəstəliklərin müalicəsi üçün göstərilir.

Dəridaxili yeridilmə:

Dermatoloji xəstəlikləridə.

Kollagen xəstəliklər:

Disseminəolunmuş sistem qırmızı qurdeşənəyininbəzi növlərinin, düyünlü periarteritin, sklerodermiyanın və dermatomiozitin kəskinləşməsizamanı və ya dəstəkləyici müalicəsi kimi.

Onkoloji xəstəliklər:

Böyüklərdə leykozun və limfomanın, həmçininuşaqlarda kəskin leykozun palliativ müalicəsi kimi.

Diprospan preparatı ilə müalicə aparmaq olar,lakin lazım gələrsə, eyni zamanda mineralokortikoidlər istifadəetmək lazımdır.

 

 

ƏKS GÖSTƏRİŞLƏR:

Təsiredici və ya köməkçi madələrdən istənilən birinə və ya kotikosteroidlərə qarşı yüksək həssaslıq.

Sistem göbələk infeksiyaları. İdiopatik trombositopenik purpura olan pasiyentlərdə əzələdaxili yeridilmə.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

İstifadədən əvvəl məhlulu çalxalamaq lazımdır.

Doza pasiyentin tələbatından, xəstəliyin növündən, onun ağırlığından pasiyentin orqanizminin reaksiyasından

asılı olaraq fərdi qaydada seçilir.

Doza minimal, istifadə müddətli isə maksimal qısa olmalıdır.

İlkin dozanı qənəətbəxş klinik effekt alınana qədər seçmək lazımdır. Əgər Diprospan preparatının dozasını

tədricən azaltmaqla müalicəni dayandırmaq və digər uyğun müalicəyə keçmək lazımdır.

Qənəətbəxş effekt zamanı adekvat klinik effekti təmin edən minimal doza əldə edilənə qədər başlanğıc dozanı

tədricən azaltmaqla ( yol verilən intervallarla ), optimal dozanı müəyyən etmək lazımdır.

Tövsiyə olunan dozalar ( yeridilmələr arasında 1 həftəyə yaxın intervallarla ) təşkil edir:

Bursit zamanı:

-  Bərk döyənək fonunda...........................................................0,25-0,5 ml;

-  Mahmız ( şpor ) zamanı.................................................................0,5 ml;

-  Böyük ayaq barmağının ağır hərəkətliyi zamanı............................0,5 ml;

-  Beşinci ayaq barmağının varus deformasiyası zamanı..................0,5 ml;

Sinovial kista zamanı...................................................................0,25-0,5 ml;

Mortonov metatarzal nevralgiyası zamanı...................................0,25-0,5 ml;

Tendosinoviit zamanı...........................................................................0,5 ml;

Kubşəkilli sümüyün periostiti zamanı...................................................0,5 ml;

Kəskin podaqrik artrit zamanı...........................................................0,5-1 ml.

ƏLAVƏ TƏSİRLƏRİ:

 Diprospan preparatlarının istifadəsi zamanı müşahidə olunan əlavə reaksiyalar, digər kortikosteroidlərin

istifadəsi zamanı meydana çıxan reaksiyalar kimi preparatın dozası və istifadə müddəti ilə bağlıdır.

Su-elektrolit balansının pozğunluqları: natriumun ləngiməsi, kalium itkisi, hipokaliemik alkaloz, mayenin

ləngiməsi, meyilli pasiyentlərdə durğunluq ürək çatışmazlığı, arterial hipertenziya.

Görmə orqanlarında baş verən pozğunluqlar: gözdaxili təyiqin yüksəlməsi, qaluoma, arxa subkapsulyar

katarakta, ekzoftalm.

Endokrin sistemdə baş verən pozğunluqlar: kuşunq sindromunun klinik simptomatikası, menstrual siklin

pozulması, diabeti olan pasiyentlərdə insulinə və ya uşağın peroral hipoqlikemik vasitələrdə tələbatın

yüksəlməsi, dölün nkişafının və ya uşağın böyüməsinin ləngiməsi, karbohidratlara qarşı tolerantlığın pozulması,

latent şəkərli diabetin təzahürü, hipofizin və böyrəküstü vəzilərin qabıq maddəsinin ikincili funskional

çatışmazlığı, hansı ki, xüsusilə stress zamanı ( travma, cərrahi əməliyyat və ya xəstəlik ) arzuolunmazdır.


DOZA HƏDDİNİN AŞILMASI:

Simptomları: qlükokortikosteroidlərlə, o cümldən betametazonla doza həddinin kəskin aşılması pasiyentin

həyaı üçün təhlükə daşımır.

Ən yüksək dozalarda istifadə zamanı qlükokortikosteroidlərin doza həssinin aşılmasının arzuolunmaz hallara

( şəkərli diabet, qlaukoma, mədənin aktiv xorası kimi şərti əks göstərişlərin olmaması şərti ilə və ya əgər eyni

zamanda ürək qlikozidləri, kumarin sırası antikoaqulyantları və ya kalium xaric edən diuretiklər istifadə

edilmirsə ) gətirib çıxarması çox az ehtimal olunandır.

İSTEHSALÇI:

Şerinq-Plau Labo N. V., Belçika.


Təsiredici maddə: 1 ml suspenziyanın tərkibində 6,43 mq betametazon dipropionat ( 5 mq betametazona

ekvivalent ) və 2,63 mq betametazon natrium fosfat ( 2 mq betametazona ekvivalent ) vardır.

Köməkçi maddələr: dinatrium hidrofofat dihidrat, natrium xlorid, dinatrium edetat, polisorbat 80, benzil spirti,

metilparahidroksibenzoat ( E 218 ), propilparahidroksibenzoat ( E 216 ), natrium karboksimetilsellüloza,

makroqol 4000, xlorid turşusu, inyeksiya üçün su.