NORMOVİT B

19.60 AZN
Təsvir İstifadə qaydası Tərkibi
NORMOVİT B
Vitamin B1 aminturşu və karbohidrat mübadiləsində iştirak edir. İmmun sistemi, sinir sistemini və əzələ

zədələnməsini azaldır. Mədə, bağırsaq və qaraciyərin işini yaxşılaşdırır.

Vitamin B2 insan orqanizmi üçün çox əhəmiyyətli vitaminlərdən biridir. Onun çatışmamazlığı saça, dəriyə,

dırnağa təsir edir. Bir çox biokimyəvi bərpasını yaxşılaşdırır. Gözün torlu qişasını günəş şüalarının zərərli

təsirindən qoruyur.

Vitamin B6 immuniteti möhkəmləndirir, qanyaranma prosesində iştirak edir, ürək və damarların işini gücləndirir,

yaddaşı yaxşılaşdırır, aterosklerozun, infraktın, insultun baş vermə riskini azaldır.

Vitamin B12 hüceyrələrin bölünməsində, sinir hüceyrələrinin mielin qişasının əmələ gəlməsində, imunitetdə,

qaraciyərin normal fəaliyyəti üçün əvəzedilməzdir. Fol turşusu ilə birlikdə karbohidrat və piy mübadiləsində,

həmçinin qanyaranma prosesində iştirak edir. Hər iki vitamin birlikdə genetik informasiyaların örtücüsü olan

nuklein turşuların sintezində iştirak edir.

Vitamin PP karbohidrat və yağların parcalanmasında, bir sıra hormonların ( insulin, kortizon, tiroksin, estrogen,

progesteron, testesteron ) sintezində iştirak edir. Qanın qatılığın, xolesterin və triqliseridlərin miqdarını azaldır.

Ürək, damarlar, qaraciyər, mədəaltı vəzinin işinə müsbət təsiri ilə yanaşı mədə şirəsini də artırır.

Vitamin B9 ( fol turşusu ) qanyaranma prosesində, eritositlərin əmələ gəlməsində və hemoqlobinin sintezində

iştirak edir. Hamiləliyin normal keçirilməsində çox böyük rolu var: düşük ehtimalını azaldır, vaxtından əvvəl

doğuşun qarşısını alır, dolün orqanlarının əmələ gəlməsində iştirak edir.

İSTİFADƏ QAYDASI VƏ İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

B qrup vitaminlərin çatışmazlığında, nevrit, polinevrit, diabetik polinevropatiya, işias, nevralgiya, dermatit,

neyrodermit, asteniya, miosteniya, psoriaz və bir çox xəstəliklərin kompleks müalicəsində ( hepatit, anemiya,

ateroskleroz və s. ) Normovit-B 1 kapsuldan gündə 2-3 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

ƏKS GÖSTƏRİŞLƏR:

Mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşməsi, hər hansı komponentə qarşı hiperhəssaslıq, 6 yaşdan

aşağı uşaqlar.

B1 ( Thiamin )..................................10 mg;

B2 ( Riboflavin )...............................10 mg;

B6 ( Pyridoxinum )...........................10 mg;

B12 ( Cyanocobalamin )................25 mcg;

PP ( Ac. Nicodinicum )....................25 mg;

B9 ( Ac. Folicum )........................500 mcg.